1808-ci ildə çar I Aleksandr (1801-1825) ruslara kömək məqsədi ilə apardığı cəsusluq fəaliyyətinə görə erməni kilsəsinin katolikosu Danieli birinci dərəcəli Müqqədəs Anna ordeni ilə təltif etdi. Ruslar qərbə hücum edib Osmanlı torpaqlarının dərinliklərinə irəliləyəndə də erməni kilsəsi daim onlara kömək edir və ardıcıl olaraq rusların onlan «müsəlman zülmündən» xilas etməyə səsləyirdi.
Xristian erınəniləri ilə müsəlman osmanlıları arasındakı nifrətin artmasının kökləri erməni kilsəsinin fəaliyyəti və cəhdləri ilə bağlıdır. Hər halda, ruslar Osmanlı torpaqlannı zəbt edən kimi erməni kilsəsi ilə birlikdə işləyərək oradakı müsəlman əhalini kompensasiya ödəmədən qovmuş, keçmiş müsəlman evlərinə və torpaqlarına erməniləri köçürmüşdülər.
1988-ci ildən başlayaraq qonşu Azərbaycanın bir hissəsi Qarabağa ermənilərin heç bir əsası olmayan hücumları haqqında çox yazılmışdır. Həmin hücum rusların ermənilərə bir milyard dollarlıqdan artıq hərbi silah və ləvazimatı hədiyyə etməsi nəticəsində baş tutmuşdu. Erkən 1800-cü illərdə çoxsaylı müsəlman əhali bu torpaqda məskunlaşmışdı. Lakin ruslar bu torpaqları osmanlılardan alan kimi ermənilər müsəlman evlərinə köçdülər. Bu gün isə ermənilər Qarabağm onların «qədim» vətəni olduğunu bəyan edirlər. «Qədim» sözünün erməni izahının bu baxımdan təxminən iki yüz yaşı vardır.
Ermənilər müstəqil vətən yaratmaq üçün eynilə yunanların 1821-ci ildə etdiyi hərəkətin təkrarını arzulayırdılar. Ortada məhz ermənilərlə bağlı olan praktik problem yar idi. Yunanlar malik olmaq istədikləri torpaqlarda əksəriyyət təşkil etdilər, ermənilər isə həmişə azlıqda olmuşlar. Ona görə də ermənilər dərhal başa düşdülər ki, özlərinin müstəqil hökumətlərini, diktatorluğunu və sair qurmaq üçün onlara xarici müdaxilənin köməyi və dəstəyi lazımdır.
Ş.Səlimbəyli, N.Zamanov, R.Əliyev “Erməni terroru. Qarabağ müharibəsinin başlanması. Hadisələr, faktlar…” (Bakı, “Avropa”, 2008) kitabından