10 dekabr 1586-ci ildə Səfəvi şahı Məhəmməd Xudabəndənin vəliəhdi Həmzə Mirzə erməni sui-qəsdi nəticəsində – dəlləyi, erməni Xudaverdinin əli ilə öldürülmüşdü. Bununla da şahın fars qızından olan oğlu, I Şah Abbas hakimiyyət başına keçmişdir.
Beləliklə, ermənilərin Quzey Azərbaycan ərazilərinə köçmələrinə, xüsusi güzəştlər əldə etmələrinə, zaman-zaman vəzirlik səlahiyyətlərini özlərində saxlamalarına, ölkə iqtisadiyyatında idarəçiliyi öz əllərinə keçirmələrinə münbit şərait yaranmışdır. I Şah Abbas erməni monastrlarının təsis edilməsinə, monastrların və yepiskopların ciziyələrdən azad edilməsinə dair fərmanlar vermişdir. İşğal zamanı Osmanlı xidmətinə keçirdiklərinə görə Qarabağın otuz iki, Gəncəbasarın Qazax, Şəmsəddil oymaqlarını və elatlarını dönük elan edərək onları yurd-yuvalarından didərgin salmışdır. Qarabağdan və Şirvandan Mazandarana 5 min ailə sürgün etmiş, yerlərində isə Mazandarandan və ətraf ərazilərdən erməni icmalarını məqsədyönlü şəkildə onların boş qalmış yurd yerlərinə köçürmüşdür. 27 oktyabr 1620-ci il tarixli fərmanıylasa Kafan və Üçtəpə kəndlərini Kunkan adlı bir erməni nəfərinin mülkiyyətinə vermişdir.
Ə.Əroğul “Azərbaycanda erməni-daşnak terrorunun xronoligiyası (Bakı, 2009, Təknur)” kitabından

















Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO









