Azərbaycan Prezidenti: “Ərazi bütövlüyümüz kompromis mövzusu ola bilməz. Amma yerli özünüidarəetmə, Dağlıq Qarabağın özünü idarə etməsi kompromis mövzusu ola bilər”
“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı ərazilərin azad edilməsi şərti ilə mümkündür”. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev Sputnik Azərbaycan-a müsahibəsində deyib.
İlham Əliyev: “Terrorçuları “yaxşılara və pislərə” bölmək düzgün deyil” “Ağıllı kompromis mümkündür: Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin, həyat və fəaliyyətinin, özünüidarəetməsinin təmin olunması, Azərbaycan tərəfindən müxtəlif investisiya layihələrinin həyata keçirilməsi. İki xalqın sülh şəraitində birgə yaşayışı keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı ərazilərin azad edilməsi nəticəsində mümkündür. Biz münaqişənin həllini bu cür görürük” — deyə Əliyev “Rossiya seqodnya” BİA-nın direktoru Dmitri Kiselyova müsahibəsində bildirib.
Bununla yanaşı, Prezidentin sözlərinə görə, Azərbaycanın ərazi bütövlüyü kompromis mövzusu ola bilməz: “Amma yerli özünüidarəetmə, Dağlıq Qarabağın özünü idarə etməsi kompromis mövzusu ola bilər. Əgər gələcəkdə biz razılığa gəlsək, bu özünüidarəetmə Muxtar Respublika formasında da ola bilər”.
http://sputnik.az/karabakh/20161018/407395983/ilham-eliyev-dagliq-qarabag-kompromis.html

















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









