Görkəmli tarixçi-arxeoloq, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, tarix üzrə elmlər doktoru, professor İlyas Babayevin (1935-2017) ömür yolundan və elmi fəaliyyətindən bəhs edən ilyas-babayev.az fəaliyyətə başlayıb.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının “1905.az” portalı nəzdindəki “1905.az Studio”da hazırlanan saytın müvafiq bölmələrində böyük alimin ömür yolu haqqında müfəssəl məlumat verilir. “1905.az Studio”nun əməkdaşı Mənsur Mənəfovdan aldığımız məlumata görə saytda alimin əsərlərinin biblioqrafiyası, elmi məqalələrinin və kitablarının bir qismi də yer alıb. Saytda həmçinin mərhum İlyas Babayevin unikal foto-şəkilləri və haqqında xatirələr verilib.
Artıq saytda onlarla material var və gündəlik olaraq alimin kitab və məqalələri yüklənir. Saytla [email protected] elektron ünvanı vasitəsilə əlaqə saxlamaq mümkündür.

















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









