
Bu günlərdə “Elm” nəşriyyatında AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Elmi Şurasının qərarı ilə professor Hidayət Cəfərovun rus dilində “Курганы древних правителей Карабаха” (“Qarabağın qədim hökmdar kurqanları”) adlı kitabı çapdan çıxıb. Kitabda müəllif tərəfindən Qarabağ ərazisində 1982, 1985, 1986-ci illərdə tədqiq edilmiş möhtəşəm dəfn abidələri olan Borsunlu (e.ə XIV-XIII əsrlər), Sarıçoban (e.ə. XII-XI əsrlər), Bəyimsarov (e.ə X-IX əsrlər) kurqanlarında aparılan arxeoloji tədqiqatların nəticələri işıqlandırılır. Sinifli cəmiyyətin meydana çıxdığı dövrdə bir neçə tayfanı birləşdirən güclü, iri tayfa ittifaqları yaranmış və bunun nəticəsi kimi hakimiyyətin bütün qolları bir şəxsin əlində cəmlənmişdi. Bəzi mütləq hökmdarlar geniş ərazilərə nəzarət edir, hakimiyyətləri dövründə böyük etnik-mədəni birlikləri öz nəzarəti altında saxlaya bilmişdilər.
Kitab arxeoloq, etnoqraf, tarixçi, digər elm adamları və tələbələr üçün nəzərdə tutulmuşdur.
















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









