“Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə “İnternet media resurslarında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin sistemli şəkildə yayılmasına dəstək” adlı layihə həyata keçirir.
Layihə çərçivəsində müəyyən olunmuş internet media resursları üzərində 4 aylıq monitorinqlər artıq yekunlaşıb. Monitorinqlərin nəticələri emal olunur və sentyabr ayının sonunda dərc olunacaq. Bununla bağlı ekspertlərin iştirakı ilə dəyirmi masa keçirilib. Birliyin sədri Asəf Quliyevin verdiyi məlumata görə, Layihə çərçivəsində müəyyən olunmuş saytların monitorinqi aparılıb. Müəyyən olunmuş saytlar aşağıdakı tələblərlə müəyyən olunub:
1. Ziyarətçi çoxluğu
2. Mövzuya həssaslıq
3. Müstəqil media qurumu olması
Aparılan monitorinq artıq yekunlaşıb. Monitorinqin nəticələri emal olunma mərhələsindədir. Aparılan monitorinq aşağıdakı parametrlər üzrə olub:
– Mənbələr
– Mövzular
– Eksklüzivlik
– Alternativ mənbələrin olub-olmaması
Monitorinq zamanı – 4 ay ərzində 41830 material nəzərdən keçirilib. Nəzərdən keçirilən materiallardan 1489-u Dağlıq Qarabağ münaqişəsi barədə olub. Asəf Quliyevin hesabatı dinlənildikdən sonra ekspertlər həm monitorinqin nəticələri, həm də bu sahədə yaranmış durumla bağlı fikirlərini bildirib.










        
        
        






                
	                            Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
	                            Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
	                            Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
	                            Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
	                            Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib





                    


 
    
   
 
    
		  
		  
		
