Dünya xalqları içərisində ermənilərin xüsusi çəkisinin az olmasına baxmayaraq, tarixdə “erməni məsələsi” çox ağırlaşdırılmışdır. Əslində, bu məsələ ermənilərin özü tərəfindən qəsdən dolaşdırılmışdır. Böyük rus alimi, jurnalist və tarixçi V.L.Veliçko “Qafqaz. Rus işi və qəbilələrarası məsələlər” əsərində göstərmişdir ki, böyük şair A.S.Puşkin ermənilərə nifrətini belə ifadə etmişdir: “Sən qulsan, sən qorxaqsan, sən ermənisən”. V.L.Veliçko daha sonra həmin əsərində göstərir: “Qafqaz tatarları deyir: Erməninin yolunu işıqlandırmaq üçün on barmağını şam kimi yandırsan da, o sənə sağ ol deməyəcəkdir”. V.L.Veliçko həmin əsərində azərbaycanlıları isə belə xarakterizə edir: “Azərbaycanlıların qanı, şübhəsiz, xeyirxahdır; onlar təbiətən rəhmdil, kişiyana, genişqəlblidirlər, əqli və əxlaqi inkişafa qadirdirlər”.
Azərbaycan xalqının bir zərbi məsələsi var: “Ermənini qapında gör”. Yəni bu, o deməkdir ki, erməni nökər kimi sənə sədaqətlə qulluq edəcək, lakin vəziyyət dəyişən kimi onun sifəti dəyişəcək, tamam başqa adam olacaqdır. Əsl erməni xislətini ermənilərin özləri də obyektiv göstərmişlər. Erməni tarixinin atası sayılan Movses Xorenasi yazmışdır: “Mən xalqımızın daşürəkliyini və yekəxanalığını göstərmək istəyirəm. Erməni həqiqəti inkar etməyi xoşlayır. Ermənilər böyük-böyük danışmağı xoşlayan, ikiüzlü millətdir”.
Azərbaycan ikiyə parçalanmasını qəti olaraq rəsmiləşdirən Türkmənçay müqaviləsi bağlanandan (10 fevral 1828-ci il) dərhal sonra Paşkeviçin rəhbərliyi ilə Azərbaycana İrandan 40 min, Türkiyədən 90 min erməni köçürülmüşdü. Birlikdə götürüldükdə 1828-1896-cı illərdə İrandan və Türkiyədən köçürülənlərin sayı 2 milyon 200 mindən artıq olmuşdu. Onlardan 985,5 min nəfəri Azərbaycanın qərb torpaqlarında, qalan hissəsi isə Qarabağ və Yelizavetpol (Gəncə) quberniyasında yerləşdirilmişdi. Ermənilər bu yerlərdə məskunlaşandan sonra azərbaycanlıları sıxışdırmağa başlamış, onların çapqınçılıq və qəraətçilik əməlləri adi hal almışdı. Ermənilərin XX əsrdə dinc Azərbaycan əhalisinə qarşı kütləvi qırğınları isə Azərbaycan türklərinin məhvinə yönəldilmişdi. Arxalarında da rus çarları, hakim dairələr dururdu.
Erməni şairi Yegişe Çarens ermənilərə məxsus mənfi xüsusiyyətləri daha kəskin ifşa etmişdir: “Biz ermənilərdə ikiüzlülük ana bətnində ikən yaranır. Ermənilər rus çarlarının təşəbbüsü və dəstəyi sayəsində Qərbi Azərbaycan torpaqlarında yaradılmış Ermənistan adlı dövləti də “Qədim Ermənistan” adlandırmaqdan utanıb qızarmırlar”. Məşhur rus yazıçısı və diplomantı A.S.Qriboyedovun aşağıdakı sözləri ermənilərin xarakterini daha kəsgin ifşa etmişdir: “Bu ermənilər nə murdar adamlardır. Onlar həmişə qulağıma pıçıldayaraq deyirlər ki, ruslar onların havadarlarıdır. Sözdə belə deyir, ancaq əslində, erməniləri təpik altına salmağa hazır olan farslara satılırlar”.
Vaxtı ilə Azərbaycana səyahət etmiş böyük fransız yazıçısı Aleksandr Düma (ata) “Qafqaza səyahət” kitabında göstərmişdir: “Ermənilər həmişə erməni dinindən fərqli dinə qulluq edən hökmdarların hakimiyyəti altında olmuşlar. Nəticədə, onlar öz fikirlərini, hisslərini və məramlarını gizlədən vücudlara, habelə dələduzlara və fırıldaqçılara çevrilmişlər”.
1911-ci ildə böyük rus alimi və tədqiqatçısı Nikolay Şavrov ermənilər barəsində yazmışdır: “Cənubi Qafqazda yaşayan 1 milyon 300 min ermənidən 1 milyondan çoxu yerli əhali deyil, ruslar tərəfindən buraya köçürülənlərdir”.
Bütün bunlar göstərir ki, ermənilərin tarixən dövlətçiliyi olmamışdır. “Bolşaya Sovetskaya ensiklopediya”nın 2-ci cildində göstərilir ki, erməni milləti “hay” sözündəndir, 1959-cu ildə əhalinin siyahıyaalınmasına görə, 88%-i keçmiş Ermənistan SSR-də yaşamışlar. Həmin ensiklopediyada daha sonra göstərilir ki, ermənilər keçmiş SSRİ ərazisindən kənarda 60-dan çox ölkədə məskunlaşmışlar. 1967-ci ilin məlumatına əsasən, ABŞ-da 450 min, İranda 200 min, Fransada 200 min, Livanda 180 min, Türkiyədə 150 min, Suriyada 150 min, Argentinada 60 min, İraqda 25 min erməni var idi. Braziliya da, Kanada da, Yunanıstanda, Uruqvayda, Avstraliyada, Bolqarıstanda, Rumuniyada, Hindistanda və başqa ölkələrdə də erməni yaşayır. Ümumiyyətlə, xaricdə 1,8 milyon erməni var.
Ermənistan Respublikası dövlət kimi Azərbaycan Xalq Cümhuriyyəti dövründə qədim Azərbaycan torpaqları hesabına yaradılmışdır. 28 may 1918-ci ildə Tiflisdə Qafqaz Canişininin iqamətgahında Azərbaycan Milli İslam Şurasının qərarı və “İstiqlal bəyannaməsi” ilə Şərqdə ilk demokratik respublika–Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması elan edilmişdir. Şuranın 26 üzvü 29 may 1918-ci ildə erməni dövlətinin yaradılması ilə əlaqədar Erməni Milli Şurası üzvləri Ermənistanın ərazi sərhədləri barədə danışıqlarının nəticələri haqqında məsələ müzakirə etmişlər.
Həmin məsələ barəsində Azərbaycan Xalq Cümhuriyyəti müvəqqəti hökumətinin sədri, Milli Şuranın üzvü F.X.Xoyskinin məruzəsi dinləlilmişdir. F.X.Xoyski məruzəsini belə bir məlumatla qurtarmışdır ki, Ermənistan üçün siyasi mərkəz lazımdır, belə bir mərkəz Aleksandropol şəhəri (Gümrü) Türkiyəyə keçdikdən sonra, yalnız İrəvan şəhəri ola bilər, ona görə də İrəvan şəhərinin ermənilərə güzəşt edilməsi qaçılmazdır. Məsələ barəsində Milli Şura üzvü Xəlil bəy Xasməmmədov M.Y.Cəfərov, Şeyxülislamov, M.Məhərrəmov çıxış edərək İrəvanın ermənilərə güzəştə gedilməsini tarixi zərurətdən irəli gəlməsini qəbul etmişlər. Səsvermə zamanı Milli Şuranın 26 üzvündən 16 nəfəri təklifin lehinə, 1nəfəri əleyhinə səs verməklə, 3 nəfər bitərəf qalmışdır.
Azərbaycan Milli Şurasının İrəvanın ermənilərə güzəştə gedilməsinə cəmi 16 üzvü səs vermişdir. Qərar o zaman qanuni qəbul edilmiş hesab edilərdi ki, iclasda iştirak edən üzvlərin ən azı 17 nəfəri lehinə səs versin, yalnız o zaman qərar leqitim hesab edilə bilərdi. Halbuki, həmin qərar qəbul edilərkən məsələnin lehinə cəmi 16 nəfər, əleyhinə 1 nəfər səs vermiş, 3 nəfər isə bitərəf qalmışdır. Protokolda isə iclasda cəmi 19 nəfər Şura üzvünün iştirak etməsi göstərilmişdir. Beləliklə, İrəvanın ermənilərə güzəştə gedilməsi haqda qərar qəbul edilərkən, əslində, yetərsay olmamışdır.
Həmin protokoldakı qeydlərin təhlili göstərir ki, Milli Şuranın 26 üzvündən yalnız 19 üzvü iştirak etmiş, qərarın lehinə isə cəmi 16 nəfər səs vermişdir. Bu isə həmin iclasın kvorum olmadan keçirilməsinə dəlalət edir.
Təsadüfi deyildir ki, 1970-ci ildə nəşr edilmiş “Bolşaya Sovetskaya ensiklopediya”sının 2-ci cildinin 217-ci səhifəsində İrəvan şəhərinin 1937-ci ildən Yerevan şəhəri adlandırılması göstərilmişdir.
Hazırda ermənilərin dünyanın 60-dan çox ölkəsində yaşamasını nəzərə alsaq, onların məntiqindən belə çıxır ki, həmin ölkələrin hamısında erməni dövləti yaradılmalıdır (?!).
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: “Azərbaycan artıq o ölkədir ki, öz torpağını işğalına dözməyəcəkdir. Azərbaycan artıq o ölkədir ki, öz iqtisadi, siyasi, hərbi potensialından istifadə edib, istədiyinə nail olacaqdır… Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır. Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaranmasına biz heç vaxt icazə verməyəcəyik”. Azərbaycan torpaqları hesabına Ermənistan dövlətinin yaradılmasından keçmiş İrəvan xanlığının Azərbaycanlı nümayəndələri o zaman narahat olmağa başlamışlar. Əslən irəvanlı olan B.Rzayev Milli Şurada təmsil olunmuş irəvanlılar adından demişdir: “Müstəqil Azərbaycan uğrunda çalışmaqla yanaşı, rica edirik, bizi–erməni respublikası ərazisində qalanları da unutmayasınız”.
1918-ci il may ayının 28-də Azərbaycan Milli Şurası “İstiqlal bəyannaməsi” ilə Azərbaycanın şimal torpaqlarında Azərbaycan Demokratik Respublikasının (Azərbaycan Xalq Cümhuriyyəti) yarandığını elan etdi. Bu tarixi sənəddə Şərqi və Cənubi Zaqafqaziyanın Azərbaycan torpaqları olduğu, Azərbaycan Xalq Cümhuriyyətinin digər dövlətlərlə mehriban qonşuluq münasibətləri yaratmaq zərurəti təsbit olunmuşdu.
Tədqiqatçı-jurnalist T.H.Maşayev (Talıblı) müəllifi olduğu “Əziz Əliyev: dövrü, həyatı, şəxsiyyəti” kitabında 1410-cu ildən 1827-ci ilə qədər İrəvanda hakimiyyətdə olmuş hökmdarların siyahısını vermişdir. Həmin siyahıya baxdıqda aydın olur ki, İrəvan xanlığı hökmdarlarının hamısı azərbaycanlı olmuşlar. Bu isə bir daha göstərir ki, hazırda Ermənistan Respublikasının yerləşdiyi ərazi Azərbaycanın tarixi torpaqları olmuşdur.
Beləliklə, erməni millətçilərinin uzunmüddətli və məqsədli fəaliyyəti, habelə 1918-ci ildə yaranmış “əlverişli tarixi şərait” nəticəsində tarixin özü qədər qədim Azərbaycanın ayrılmaz parçası olan bir diyarda–keçmiş İrəvan xanlığı ərazisində Ermənistan dövləti yaradılmışdır.
İlham ABBASOV,
hüquq üzrə fəlsəfə doktoru
“Xalq qəzeti”, 13 oktyabr 2014-cü il