…Ermənistanın tarixi abidələri və toponimləri sübut edir ki, azərbaycanlılar min illər boyu bu ərazinin əsas sakinləri olmuşlar. XV-XX əsrlərə dair aşağıdakı gətirilən bir çox tarixi sənədlər Ermənistan azərbaycanlılarının bu ərazidə aborigen əhali olduğunu təsdiq edir.
Zəngin və şaxəli mədəniyyətimizin bir qatının qıdalandığı bu qaynaqların çağlayan səsini, söykəndiyi dayaqların məğrur nəğməsini biz xalqımızın yaşayan və yaşadan, yəni müasirləşmiş keçmişinə aid dərsliklər və əsərlərdən deyil, natanış aləmə açılmış pəncərələrdən təsədüfən boylanan yadelli səyyah və tədqiqatçıların bilib-bilmədikləri, istəyib-istəmədikləri kimi qələmə aldıqları yol qeydlərindən, ehtimalları və etiraflarından, təsvir və təəssüratlarından eşidirik. Eşidir, eşitdikcə də mədəniyyətimzin, maddi abidələrimizin bu günədək gəlib çatan və çatmayan nümunələrindən heyranlıqla söhbət açdıqlarına görə onların zəhmət və səylərini, böyük xidmətlərini minnətdarlıqla qiymətləndiririk. Bu alışdığımız anlaşıqlı, bəlkə də şirin bir həqiqətdir. Lakin inkaredilməz acı bir həqiqəti də var: əsrlər boyu burada yaşayıb-yaratmış sənədkar babalarımızın ucaltdıqları abidələr mədəniyyət fondumuzu bəzəməmiş, tarixi keçmişimizin bu mühüm bir qaynağı lazımınca öyrənilməmişdir. Bəlkə, elə bunun bir səbəbi də odu ki səyyahlar və tədqiqatçıların çoxu bu abidələri ucaldanların hansı xalqa mənsub olduğuna, kimliyinə həmmişə etinasızlıq göstərmiş, adlarını danmış, fərqinə varmadan onları gah farslar, gah da sadəcə olaraq müsəlmanlar kimi qələmə vermişlər.
1655-ci ildə İrəvana gəlmiş Jan Batist Tavernyenin əsərinin birinci cildində qeyd edilir ki, şəhər qalasında yalnız müsəlmanlar yaşayır. On səkkiz il sonra burada olmuş Jan Şardenin yol qeydlərində göstərilir ki, İrəvan qalasını özlüyündə kiçik bir şəhər hesab etmək olar. Qalada 800 ev var. Bura da yaşayanlar “yalnız farslardır”. Deməli qalanın sakinləri birinci səyyaha görə “müsəlmanlar”, ikinci səyyaha görə “farslardır”. Yəgin ki, o zamanlar bu ərazilər İran dövlətinə daxil olduğu üçün əhalinin milli mənsubiyyətini nəzərə almadan hamısını- “fars” adlandırmışlar.
Şarden daha sonra yazır: “Şəhər torpaqlarını cənub-qərbdən axan Qırxbulaq və şimal-qərbdən axan Zəngi çayları suvarır”. Sərdarın sarayı çox gözəl, möhtəşəm bir imarətdir. Min addım oyanda bir qala bürcü ucalır, ona bura da “Keçi qalası” deyirlər… Sual olunur: ərazinin sakinləri farslardırsa, çayların adını niyə “Qırxbulaq”, “Zəngi” qoyublar? Qalanı ucaldanlar, burada yaşayanlar farslardırsa onun bürcünü nə üçün “Keçi qalası” adlandırmışlar? O zamanlar dünyaya meydan oxuyan öz poetik dillərinə nə olmuşdu ki, farslar bizim ata-babalarımzın dodaqından əsrlər boyu düşməyən, elə indinin özündə də dilimizin lüğət tərkibində sabir yer tutan “qırx”, “qala”, “bulaq”, “keçi” ifadələrini işlətmiş, həm də xaricdən gələn səyyahlara bu deyim, bu duyum tərzində çatdırmışlar? Yaxud ərəb, həbəş, ləzgi, tacik, abxaz, acar… da müsəlman deyilmi? Bəs nə üçün onlarda bu ifadələrin deyim-duyum tərzi bambaşqadır?
Taverniyen və Şardendən sonra Avropa səyyahlarından Cemelli, Ker-Porter, Ceyms Moriyen, Montero, Kameron, Linç, Dürüa və başqaları da yüksək sənətkarlıqla inşa edilmiş, zövqoxşayan memarlıq abidələri ilə zəngin olan İrəvan qalasını, Xan sarayını, onun “Şüşəbəndi” adı ilə tanınmış güzgülü salonunu, qaladakı məscidləri, hovuz və hamamları, Zəngi çayınadək enib gedən mərmər pilləkənli yeraltı yolu, qala ətrafında- şəhərdəki imarətləri, karvansara və meydanları heyranlıqla təsvir etmişlər. Amma yenə də İran hökmdarı tabeliyində olan ərazini İran torpağı, bu torpaqda yaşayan əhalini iranlı, fars kimi qələmə vermək “prinsipindən” kənara çıxa bilməmişlər.
İrəvan qalasını ucaldan, möhtəşəm abidələr yaradan xalqın kimliyi haqqında obyektiv təsəvvür əldə etmək üçün İrəvanın qədim tarixinə aid məlum faktları yığcam şəkildə nəzərdən keçirək. Qədim mənbəklərdə Yeravan (yaxud İrəvan) adı çəkilmir. İrəvan adı ilk dəfə eramızın VII əsrinə aid erməni mənbəyində çəkilir. “Abrahamın çağırdığı yığıncaqda İrəvanlı David də iştirak edirdi” (“Kirk txtotsi” kitabı sənədlər toplusu, s.151). Qaraqoyunluların (1410-1467) və Ağqoyunluların (1467-1500) hökmranlığı dövründə coğrafi mövqeyinə və yerli şəraitinə görə İrəvan, Çuxur Səd vilayətinin inzibati mərkəzi olub. Şəhərə söykənmiş Cəfərabad (Arqavand) kəndində olan bir türbə həmin dövrün yadigarıdır. Türbə bişmiş kərpiçdən və daşdan tikilib. Kitabədə Əmir Səidin və onun oğlu Pir Hüseynin adları çəkilir. Hüseyn Pir yaqub bəydən əvvəl Çuxur Səd vilayətinin əmiri olub. Kitabədə həmçinin Qaraqoyunlular sülaləsinin başcısı Qara Yusifin (1410-1420) sərkərdiliyindən bəhs olunur., onun oğlu Pir Budağın böyük hökumdar olması qeyd edilir. Şəksiz ki, türbə Qara Yusifin Teymuriləri Məğlub edib Kürün cənubundakı Azərbaycan torpaqlarını, Gürcüstanı, Ermənistanı, Ərəb İraqını ələ keçirdikdən sonra öz oğlu Pir Budağı Təbrizdə padşahlıq taxtına oturtmaq haqqında verdiyi fərmanla əlaqədar ucaldılmışdır.
İrəvanda qala, yeni binalar tikmək, abadlıq işləri aparmaq şəhəri möhkəmləndirmək haqqında Şah İsmayılın Rəvanqulu xana ciddi tapşırıqlar verməsindən söhbət açan Yervand Şahəziz bu qənaətə gəlmişdir ki, İrəvan və Rəvanqulu adları arasında heç bir əlaqə yoxdur, çünki İrəvanın adı VII əsrdən bəllidir. Məhəmməd Xudəbəndə (1578-1587) dövründə şəhər torpaqlarını suvarmaq üçün iri bir göl(uzunluğu 400, eni 250 sajin) tikilmiş, yeni arxlar çəkilmişdir. 1678-ci iləd tikilən, Sovet hakimiyyəti illərində bərpa olunan, indi S. Şaumyanın adını daşıyan bu gölə yerli əhali yenə də “Toxmaq” gölü deyir. “Toxmaq” o zaman İrəvan hökmdarı olmuş Mahmud xanın ləqəbidir. 1605-ci ildə Şah Abbas İrəvanı osmanlılardan aldıqdan sonra Əmirquna xanı buraya hökmdar təyin etmişdir. Həmin dövrdə yaşamış erməni tarixcisi Zəkəriyyə yazır: Əmirquna xan Yerevana sahib olan kimi quruculuq işlərinə başladı, şənlik yaratdı, qala tikdi, saray ucaltdı, bağ-bağca, bostan saldı, arxlar çəkdirib şəhərin suyunu artırdı.
1679-cu il iyunun 4-də zəlzələ İrəvanı yerlə-yeksan etmişdi.İranın yeni hökmdarı təyin olunmuş Zal xanı təbrik etmək üçünzəlzələdən bir qədər əvvəl buraya gəlmiş Əylisli Zəkəriyyə həmin hadisəni belə qələmə almışdır: daş daş üstə qalmadı , Məscidlər, karvansaralar, kilsələr dağıdıldı, qala yerlə yeksan-oldu, körpülər yatdı, sular batdı,ölən qalandan çox oldu.Ətrafda it-pişik də gözə dəymirdi.Abbasqulu xanın kürəkəni Zal xan çapar göndərib bu sitəm haqqında dörd yana xəbər yaydı gəncədən 800 adam gəldi.Məhəmməd xan Naxçıvandan böyük bir dəstə gətirdi.Bərdədən, Zəyəmdən, Makudan, Təbrizdən, qonşu xanlıqlar və sultanlıqlardan oqədər adam gəlmişdi ki, qala ətrafında tərpənməyə yer yox idi.Azərbaycan vəziri Mirzə İbrahim iyulun 1-də Təbrizdən gəlib İrəvana əyləşdi. Qala yenidən ucaldı, daha möhkəm oldu, arxlar çəkildi, körpülər salındı, məscidləri, karvansaraları, kilsələri yenidən tikdilər.Şəhər dirçəldi, əhali bərpa olunmuş evlərə qayıtmağa başladı.
Yerlə-yeksan olunmuş şəhəri dirçəldənlər, viranəlik-xərabəlik üzərində daha möhkəm qala, daha görkəmli, daha gözəl imarətlər ucaldanlar, Bərdədən, Zəyəmdən, Təbrizdən, Makudan, Naxçıvandan köməyə gələnlərdəmi farslar imiş? Bəlkə də?! Bəs onda yeni çəkilən arxların, yeni çəkilən məscidlərin, karvansaraların,,, yeni salınan meydançaların, bağ-bağatın, əkin yerlərinin adları niyə farsca deyil, o zaman İrəvanda yaşamış ata-babalarımızın dilindədir- azərbaycancadır?! Yuxarıda adları çəkilən səyyahların, həmçinin Avqust Fon İ.Şopenin,Uvarovanın və İrəvan haqqında söhbət açmış başqa səyyah və tədqiqatçıların əsərlərində gətirilən toponimlər də, yer adları tarixi keçmişimizin nədənsə indiyədək aktuallaşdırılıb müasirləşdirilməmiş, hələ də potensial halında qalan, amma yenə də aydın eşidilməkdə olan zümzüməsi deyilmi?! Bu adlara diqqət yetirək: Şiləçi, Sabunçu, Boyaqçı, Toxmaq, Təpəbaşı, Dəmirbulaq, Bağçalar, Yoncalıq və Börkçülər (məhəllələr), Gürcü, Culfa, Sərdar, Sulu, Tağlı, Susuz, Hacı Əli (karvansaralar), Dəmirbulaq, Qırxbulaq, Dəlməbulaq, Sərdar ( bulaqlar), Gedərçay, Qırxbulaq, Zəngi (çaylar). Dərə, Dəlmə, Dəmirbulaq, Dərəkənd, Şəhər və Abbas (bağlar) . Məscid meydanı, zal xan meydanı, fəhlə meydanı, böyük meydan, şəhər meydanı, göy məscid,qala məscidi, hacı bəyin məscidi, zal xan məscidi, günlüklü məscidi, günbəzli məscid, şəhər məscidi, novruzəli məscidi, hüseynəli məscidi, qanlı təpə, üçtəpə, qızıl təpə…
Şəksiz ki, əcnəbi səyyahlar və tədqiqatçıların eynən işlətdikləri bu adların hər birinin öz tarixçəsi, başqa sözlə, tarixi informasiyası vardır.
Bu informasiyanın, bu bilginin öyrənilib ümumiləşdirilməsi və müasirləşdirilib mədəniyyətfondumuza fəal daxil edilməsi vaxtı çoxdan gəlib çatmışdır. Irəvanın məhəllələri, bulaqları, çayları, bağları, dağ və təpələri indi də el arasında (bir qismi isə rəsmi sənədlərdə) öz adlarını qoruyub saxlamışdır. Məsələn, İ.Şopenin verdiyi məlumata görə XVIII əsrdə İrəvanın üç iri məhəlləsi olmuşdur: Şəhər Təpəbaşı, Dəmirbulaq .Eyni adı yaşadan həmin məhəllələr indi də şəhərin iri məhəllələri sayılmaqdadır.XVIII əsrsəyyahlarının təsvir etdikləri işlə (qırmızı parça) boyayanlar, sabun bişirənlər, göy rəngli parçalar boyayanların məhəlləri yenə əvvəlki kimi Şiləçi,Sabunçu, boyaqçı adlarını daşıyır.
İrəvanda həmdə xanlığın bütün ərazisində fars, ərəb, erməni dili deyil, məhz Azərbaycan dilinin üstün təsir gücünə malik olduğunu və geniş yayıldığını aşağıdakı faktlar da sübut edir.Matenadaranın arxiv fondunda (Kilsə divani, səh .290 319) saxlanılan məktubu1784-cü ildə kahin Qukas yazmışdır.Məktubda Gürcüstana –II İrakliyə, Bəyazidə İsak paşaya göndərilmiş toxumların siyahısı verilmiş, miqdarı və qiyməti göstərilmişdir.Qəribə görünsə də faktdır ki, milliyyətcə erməni olan kilsə xadimi, toxumların demək olar, hamısının adını azərbaycanca yazmışdır: buğda, qarpız, qara qarpız, yonca, xiyar, ispanaq, reyhan, badımcan, gül…
Xanlığın ərazisi, sərhədləri haqqında söhbət açılan əsərlərdə, hətta dərsliklərdə yer adları bu qaydada verilmişdir: Arpa çayından Qızıl kilsə kəndinədək…,hacı Bayraməli kəndindən Qəbir dağadək… Koroğlu dağından Arazboyu Naxçıvanadək, Şərurədək.. yaxud, xanlığa daxil olan mahalların (nahiyələrin) adlarına fikir verək: Qırxbulaq, Vedibasar, Şərur, Sürməli, Saatlı, Seyidli, Sərdərəbad, Talin, Zəngibasar, Abaran, Dərəkənd, Gərnibasar, Göyçə.
İrəvan qalasının ruslar tərəfindən alınmasından vəcdə gələn erməni aşığı Hovsepin fars, ərəb, erməni dilinin bir tərəfə qoyub azərbaycana belə yazmasını hec də təsadüfi hesab olmaz.
Nikolay Pavloviçin taxtına, həm tacına qurban,
Hökmü hər padşahdan aldığı xaraçına qurban,
Bir Nerses xəlifənin etdiyi illaçına qurban…
O dövrün maddi abidələri də belə bir həqiqəti etiraf edir ki, təkcə İrəvanda deyil, Ermənistanda yaşayıb-yaşatmış, bizim günlərədək gəlib çatan yadigarlar qoyub getmiş azərbaycanlıların sayı çox olmuşdur. Bunu Sisyan rayonunun Urud kəndində 1503-1504, 1578, 1579-1581-ci illərdən qalan xatirə abidələri bir daha təsdiq edir. Abidələrin üstündə yazılmış:
Bir cavani nazənin məskənidir bu məzar,
Eyləmiş nazik tənin xakiylə yeksən ruzikar.
Və “daşı Vəli yazdı” sözləri ozan, xəttat babalarımızın bədiilik dünyasından qopub müasirlik rüzgarına qovuşan hənirtisi deyilmi?!
İrəvanın qədim tarixinə dair əldə olan məlumat çox azdır. Bunun bir səbəbi iranlılarla osmanlılar arasında fasilələrlə 366 il davam edən müharibələr, şəhərin 14 dəfə əldən-ələ keçməsi də nəhayət, 1679-cu il zəlzələsində dağılmasıdır.
İrəvanın dövrümüzədək gəlib çatmayan memarlıq və təsviri sənət örnəkləri haqqında məlumatların çoxu da zəlzələdən sonrakı illərə aiddir. Kərpicdən və daşdan zövqlə bina edilmiş şəbəkəli, tağlı, dördkünc karvansaralar möz orijinallığı və üslub zənginliyi, bol-bol su çiləyən qəşəng fəvvarələri və ümumi memarlıq quruluşu ilə hamını valeh etmiş, şəhərin həm möhtəşəm, həm də ən gözəl tikililəri sayılmışdır. Gürcü karvansaralarının 78, Cülfa və Sərdar karvansaralarının hərəsinin 38, Tağlı, Sulu və Susuz karvansaralarının üçünün birlikdə 74, Hacı Əli karvansarasının isə 40 dükanı olmuşdur. J.Şarden xan sarayından 500 addım o tərfəd boylanan karvansaranı (ən gözəl bir imarət) kimi qələmə alaraq yazmışdır ki, 800 addımlıq giriş yolu boyunca dükanlar düzülmüş bu binanın içində irili-xırdalı daha üç tikili , yanında gözəl bir məscid və iki qəhvəxana vardır.
Şəhərin o zamankı memarlıq simasına İrəvan qaıası xüsusi rövnəq vermişdir. Öz dövrünün yüksək memarlıq – bədii sənətkarlıq nümunələri olan qala, onun üfüqləri dirəklənmiş 50-60 bürcü, qala içindəki saray, güzgülü salon , bəzəkli gəlinə bənzəyən qoşa-qoşa məscidlər, iki-üçmərtəbəli binalar, yüksək zövqlə tikilmiş kişi və qadın hamamları, uzunluğu 15, eni 5 sajin, dərinliyi 3 arşın olan mərmər hovuz, bəzəkli “Təbriz qapısı”, ornament motivləri, gül-çiçək rəsmləri, portret təsvirləri, orijinal memarlıq quruluşu və tərtibat zənginliyi ilə yuxarıda adları çəkilən Avropa səyyahlarının hamısını, həmcinin A.S. Qriboyedovu, rəssmalar V. Moşkovu və Q.Qaqarini valeh etmişdir.
Xan sarayının güzgülü salonu, Qala məscidinin və hovuzun doyumsuz görkəmindən ilhamla söhbət açan Lincin təsvirinə görə şəbəkələri tağların saysız-hesabsız güzgüləri ətrafa brilyant kimi şölə sacırmış. Salonun tavanı və divarları başdan-başa bər-bəzəyə qərq olubmuş. Gül-çiçək, quş rəsmləri, kətan üzərində yağlı boya ilə işləndikdən sonra divarlara yapışdırılmış zərif haşiyəli portretlər (Fətəli şah, onun oğlu Abbas Mirzə, Hüseynqulu xan, onun qardaşı Həsən xan, Rüstəm və Zöhrab) təsviri sənətin parlaq nümunələri kimi diqqəti cəlb edirmiş.
Qədim tarixli memarlıq məktəbimizin, təsviri sənətimizn gözəl örnəklərindən, babalarımızın yüksək sənətkarlıq nümunələrindən vəcdə gələn səyyahlar, tədqiqatçılar, yazıçılar çox təəsüf ki, bu örnəkləri, bu nümunələri İran-fars, Çin memarlığına aid etmişlər. Elə həmin Lincin dediyinə görə xan sarayı ilə güzgülü salon “ fars memarlıq məktəbinə xas olan parlaq abidədir”. İ. Şopenin yazdığına görə guya bu, “Çin memarlığı üslubu ilə ucaldılmış imarətdir2. Xan sarayında daha çox olmuş və qalmış A.S.Qriboyedov daha uzaqlardan yağışıb salonda tavanlardakı bəzəkləri “yapon bəzəkləri” adladırmışdır.
1880-ci ildə İrəvana gəlmiş arxeolaq Uvarova 1843-cü ildə Dübüade-Monperonun təsvir etdiyi, o zaman qubernatorun igamətgahına çevrilmiş, 1878-ci ildən sonra isə qayğısızlıq üzündən viran qalmış İrəvan qalasının buradakı məscidi barəsində yazır: “ah, əsrlər boyu başa gələn əlləşmişlər?…” Dağılmış xan sarayının möhtəşəmliyindən yadigar qalmış salonu Uvarova bərli-bəzəkli çay qutusuna bənzətmişdir. Göy məscidin uzaqdan diqqəti cəlb edən günbəzinə və minarəsinə valeh olduğunu bildirən arxeoloq yazmışdır ki, məscidin üstündə qururlu boylanan cətir sanki müsəlman aləmində tutduğu mövqeyinin nə qədər mühüm olduğunu bütün dünyaya sübut etmək istəyir. Qəribədir ki, bu qədərdən sonra Uvarova da saraya bitişmik məscidi “fars memarlığında Veroşakin fırcasına layiq” təsviri sənət əsəri adlandırır.
1760-cı ildə tikilmiş Göy məscidin əzəmətindən geniş söhbət açan Şahəziz də yazır ki, Hüseyməli xan heç bir xərc və qayğı əsirgəmədən, farsların ən yaxşı məscidləri olan Gəncədəki Şah Abbas, Təbrizdənəki Göy məscid üslubunda öz xanlığına layiq bir xatirə abidəsi qoyub getmək istəmişdir. Sonra müəllif memarın mahir sənətkarlığından, parlaq şərq zövqünə malik, fars memarlıq sənətinin kamil ustası olduğundan söhbət acmışdır.
Bu dəlillər isə inanılmış başaqa bir gerçəkliyin sədasını bizə gətirib çatdırır: 1501-ci ildə I Şah İsmayıl Şərur düzündə Ağqoyunlu padşahı Əlvənd Mirzəni məğlub etdi. Ağqoyunlu dövlətinə son qoyuldu. Səfəvilər dövləti şərqdə Şeybani xanın Özbək dövləti ilə, qərbdə isə Osmanlı Türkiyəsi ilə həmsərhəd oldu. Osmanlıların bütün hərbi qüvvələri, Amu-Dəryadan Fərat çayına qədər böyük bir ərazidə hökmranlıq edən səfəvilərə qarşı yenədildi. Məhz bu təhlükədən qorunmaq üçün Şah İsmayıl İrəvanı möhkəmləndirmək haqqında tədbirlər gördü. II Şah İsmayılın qardaçı kor Məhəmməd Xudabəndə dövründə, 1578-ci ildə İrəvan qalasının yerində gözəl bir bağ salındı, xan imarəti tikildi. 1583-cü ildə Fərhad paşa həmin yerdə qalanın əsasını qoydu. Xudabəndin oğlu I Şah Abbas dövründə Əmirgünə xan İrəvanın hökmdarı təyin olunduqdan sonra qala daha da genişləndirildi, yenidən qurulub möhkəmləndirildi. Matenadaranda (fars əlyazmaları fondu, №233) saxlanılan bir sənəd bu barədə mefəssəl və səhih məlumat verir. Hüseynəli xan qalanı daha möhkəm və əzəmətli etmək üçün Əhməd xanın baş memarı Mirzə Cəfəri Xoydan çağırıb İrəvana gətirdirmişdir. Hüseynəli xanının oğlu Məhəmməd xan da 1791-ci ildə güzgülü salonu, yay imarətini tikdirmişdi.
Təbrizdə Cahan şahın xatirəsinə onun arvadı Xatun Canbəyimin ucaltdırdığı Göy məscid XV əsr Azərbaycan memarlıq sənətinin şah əsəridir. Təsadüfi deyidir ki, Taverniyen onu “islamın firuzəsi” adlandırmışdır. Bu da təsadüfi deyildir ki, həmin məscidi 1465-ci ildə Azərbaycan memarı Nemətulla tikmişdir. O zamanlar heratın məşhur mədrəsəsinin tikən Hacı Əli Hafiz, Məşhəddə Məcnun şah məscidini ucaldan Əhməd Şəmistan, Səmərqənddə Bibixanım məscidinin bina edilməsində böyük ad qazanmış Azərbaycan memarları və sənətkarları təkcə Azərbaycanda deyil, bütün Şərqdə tanınmışdılar. Gəncədəki Şah Abbas və İrəvandakı Göy Məscid də məhz elə həmin memarlıq məktəbi və sənətinin örnəkləri deyilmi?!
İrəvanda xan sarayının rəsmlərini, otaqlarını və güzgülü salonun divarlarındakı süjetli kompozisiyaları ötən əsrin 50-ci illərində bərpa edən, Fətəli xanın, Abbas Mirzənin, Hüseynqulu xanın, Həzən xanın.. portretlərini yağlı boya ilə yenidən kətan üzərində çəkib divara yapışdıran həmyerlimiz Mirzə Qədim İrəvanı (1825-1875) olmuşdur. Xalq sənətinin mahir bilicisi; görkəmli portret və ornament ustası, əsərləri klassik bədii irsimizin qızıl fonduna həmmişəlik daxil olan, yaradıcılığı ilə təsviri sənətimizn inkişafı tarixində yeni mərhələ acan Mirzə Qədim ömüründə İrəvan və Tiflisdən o tərəfi görməmişdir. Onu biz fars, cinli, yaponiyalı kimi yox, irəvanlı dülgər, taxta üzərində oyma ustası Məhəmməd Hüseyn kişinin oğlu, teleqrafçı Mirzə Qədim kimi, təsviri sənət məktəbimizin rəşidi-rövşəni Mirzə Qədim İrəvani kimi tanıyırıq.
Təkcə memarlıqda təsviri sənətdə deyil, əkinçilikdə də Ermənistanda yaşayan azərbaycanlılar tanınmış və ad qazanmışdılar. “Qafqaz” qəzeti (27 noyabr 1851-ci il, № 90) yazırdı ki, İrəvan quberniyasının Şərur mahalından Əbdürza Mərhəm( ehtimal ki, Məhərrəm) Londonda təşkil olunmuş sərgidə iştirak etmiş, yerli toxum sortlarından yetişdirildiyi pambıqdan alınmış parça üçün yüksək mükafata layiq görülmüşdür. İrəvanda anadan olmuş İsa Sultan Nəcəf oğlu Şaxtaxtinski 1871-ci ildə Peterburqda əkinçilik institutuna daxil omuş, 1875-ci ildə İsvecrədə kənd təsərrüfatı və meşəcilik elmləri üzrə namizədlik dissertasiyası müdafiə etmişdir. 1877-ci ildə o, Tiflisdə Mixelson mətbəəsində “Kafkazski almanax”ı cap etdirmiş, “Tifliski vestnik” qəzeti redaksiyasında siyasi məsələlər şöbəsinin müdiri olmuşdur. İsa Sultanın qardaşı Əbülfət (1855-1913) Peterburq universitetində G.V.Plexanovla bir vaxtda oxumuş, 1883-cü ildə heydelberq universitetini qurtarmış, bakalavr adı almış, həm də V.Hötenin “Gənc Verterin iztirabları” əsərini ilk dəfə azərbaycanca çevirmişdir.
Hökmdar-zülmkara, talançı-qəsbkara qarşı ardı-arası kəsilməyən döyüşlərdə həlak olmuş şəhid babalarımızın min-min məzarı Ermənistan, İrəvan dağlarının ətəklərində mürgüləməkdədir. Bu diyar dastanının bir üzü qəzəb oyadıb, könül dağlayan, o biri üzü nikbin səslənib ürəkdə iftixar çırağı yandıran hər səhifəsində bicib-əkən, qurub-tikən atalarımızın izləri duyulur. Bu torpağın insan əli ilə yaradılmış hər bəzək-düzəyinin hüsnündə alın tərimizin, yalcın qayaların zümrüd sinəsindən keçən hər yolcunun ayaq səsində, hər kanalının zümzüməsində hünərimizin, yorğun boylanan köhnə və təə imarətinin divarlarında quruculuq-sənətkarlıq əzmimizin min bir izininin hənirtisi eşidilməkdədir.
Mənbə: Ermənistan azərbaycanlılarının tarixi çöxrafiyası. Bakı, Gənçlik, 1995, 464 s.
http://www.iravan.com