
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevi qəbul edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfirliyi “X”dakı hesabında məlumat yayıb.
Bildirilib ki, görüşdə Hikmət Hacıyev Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını və ölkəmizə səfərə dəvətini İran Prezidentinə çatdırıb.
İran Prezidenti Məsud Pezeşkian salamlara və dəvətə görə təşəkkürünü bildirib və onun da səmimi salamlarının Prezident İlham Əliyevə çatdırılmasını xahiş edib.
















Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər VIDEO
Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO









