Prezident İlham Əliyev Qərbi Azərbaycana Qayıdış Konsepsiyası ilə ölkəmiz qarşısında tamamilə yeni reallıq qoyub. Dövlətimizin başçısı müəllifi olduğu bu konsepsiya ilə qətiyyətli və vətənpərvər Lider olduğunu bir daha sübut etdi.
AZƏRTAC xəbər verir ki, bunu AMEA-nın prezidenti, Milli Məclis yanında Toponimiya komissiyasının sədri, akademik İsa Həbibbəyli parlamentdə keçirilən “Qərbi Azərbaycan toponimləri: tarixin təhrif olunmasından ədalətin bərpa edilməsinədək” mövzusunda ictimai dinləmədə deyib.
Akademik diqqətə çatdırıb ki, sovet dönəmində Azərbaycana məxsus toponimlərdən 663 adının dəyişdirilməsi hadisəsi baş verib. Bu da Azərbaycan toponimlərinə qarşı soyqırımı deməkdir.
“Bu proses ilk dəfə 1924-cü ildə başlayıb və çar Rusiyası tərəfindən Gümrü şəhəri əvvəlcə Aleksandropol, sonra isə Leninakan adlandırılıb. 1935-ci ildə Ermənistan ali soveti tərəfindən ümumilikdə 76 yaşayış yerinin adı dəyişdirilib. 1946-cı ildə bu proses pik həddə çatıb. Bu isə Azərbaycan toponimlərinin tamamilə ləğv olunması idi”, – deyə akademik bildirib.
İsa Həbibbəyli deyib ki, 1988-1991-ci illərdə azərbaycanlılar öz tarixi torpaqlarından zorla qovulandan sonra daha 90 toponimin dəyişdirilməsi barədə qərar verilib.
















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









