İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) ilə Azərbaycan arasında əməkdaşlığın perspektivləri müzakirə edilib.
Təşkilatın ofisindən AZƏRTAC-a bildiriblər ki, müzakirələr təşkilatın Baş direktoru Səlim bin Məhəmməd Əl-Maliklə Azərbaycanın Mərakeşdəki səfiri Oqtay Qurbanovun görüşündə aparılıb.
Səlim bin Məhəmməd Əl-Malik təşkilata göstərdiyi dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib. O qeyd edib ki, “Əhatəli humanitar koalisiya” təşəbbüsünə ilk qoşulan dövlətlərdən biri olan Azərbaycan yoxsul ölkələrə humanitar yardım göstərib.
Baş direktor qeyd edib ki, pandemiya dövründə 24 ölkəyə yardım göstərən ISESCO donor ölkələrlə, o cümlədən Azərbaycanla sıx əməkdaşlıq edir.
Görüşdə, həmçinin təhsilin inkişafı, süni intellekt layihələri, mədəniyyətlərarası dialoq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









