Ermənistan BMT-nin Azərbaycan torpaqlarının işğalının dayandırılması ilə bağlı 4 qətnaməsini heç vaxt reallaşdırmağa hazırlaşmayıb.
Trend-in məlumatına görə, bunu Bakıda jurnalistlərə İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) baş katibi Əbdüləziz bin Osman əl-Tüveyrci deyib.
O, qeyd edib ki, bu səbəbdən qoşunların təmas xəttindəki son toqquşmalara görə məsuliyyət Ermənistanın üzərinə düşür.
Trend