Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyi “İşğal altındakı mədəni irsimizə qarşı erməni vandalizmi beynəlxalq səviyyədə tanıdılmalıdır” mövzusunda tədbir keçirib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası mətbuat xidmətinin rəhbəri Elməddin Behbud bildirdi ki, Şura vaxtaşırı beynəlxalq təşkilatların qarşısında işğal altında qalan torpaqlarımızdakı mədəni irsin qorunması ilə bağlı məsələ qaldırmaqda və hesabat tələb etməkdə maraqlıdır. Beynəlxalq qanunlara əsasən işğal edilmiş ərazilərdəki abidələri qorumaqla bağlı işğalçı ölkənin öhdəlikləri var. Lakin, ermənilər buna məhəl qoymurlar və məqsədli şəkildə işğal olunmuş Azərbaycan torpaqlarındakı abidələr məhv etdilir. Yaxşı olardı ki, müraciət təkcə beynəlxalq təşkilatlara deyil, həmçinin onların alt komitələrinə də olardı”. Elməddin Behbudun fikrincə, mədəni irsə qarşı ermənilərin başlatdığı səlib yürüşünü yalnız beynəlxalq təşkilatların köməyi ilə dayandırmaq mümkündür.
Faiq İsmayılov bildirdi ki, tədbirin əsas məqsədi bir qrup qeyri hökumət təşkilatı ilə birlikdə YUNESKO baş direktoru Odri Azuleyə ünvanlanmış müraciətin imzalanmasıdır. Sənəd eyni zamanda Avropa Parlamentinə də təqdim ediləcək. Apardıqları tədqiqatın çox əzabverici olduğunu qeyd edən Faiq İsmayılov problemi Azərbaycandan kənara çıxarılmasının vacibliyini vurğuladı: “Tədqiqat zamanı elə faktlarla rastlaşdıq ki, adam içindən göynəyir, yanır. Doğrudanmı mülkümüzü erməniyə hədiyyə etmişik? Bu gün ermənilər tarixi abidələri, məsələn, Əsgəran qalasını yeniləyirlər. Bunlar əsasən monastr tipli xristianlığa qədər olan abidələrdir ki, onlar əzli görünüşü dəyişdirilir”…
Tədbir zamanı bir qrup qeyri hökumət təşkilatı tərəfindən qəbul olunan və YUNESKO nun baş direktoru Odri Azuleyə ünvanlanan müraciətdə deyilir ki, Ermənistan Respublikası işğal etdiyi Azərbaycan ərazilərin ona məxsus olması ilə bağlı saxta əsaslar yaratmağa çalışır: “İşğalda saxlanılan Azərbaycan torpaqlarında müxtəlif əsrlərə aid daşınan və daşınmaz mədəni irs nümunələrini mənimsəmək, İslam dini abidələrini məhv etmək kimi qeyri qanuni fəaliyyət həyata keçirir. Ermənistan son 25 ildə Azərbaycanla cəbhə xəttində tətbiq edilən atəşkəsdən istifadə edərək işğal altında saxladığı ərazilərimizdə yüzlərlə yer adlarını, inzibati yaşayış məntəqələrinin adlarını, daşınmaz tarix və mədəniyyət abidələrinin adlarını və toponimləri erməni adları ilə əvəz ediblər. Azərbaycan işğal altındakı mədəni irsin toxunulmazlığı təmin edilməsi, rəhbərlik etdiyiniz YUNESKO kimi nüfuzlu beynəlxalq təşkilatın vasitəsilə həyata keçirilməsini məqsədəuyğun hesab etmək olar. Mədəni irs bir xalqın milli mədəni, tarixi sərvəti olsa da, bu nümunələr ümumilikdə bəşəriyyətə məxsusdur və bəşər mədəniyyətinin tərkib hissəsidir. Odur ki, bir xalqın mədəni irsini digər xalq, millət və ya xalqlar və ya millətlər tərəfindən dağıdılması, formasının dəyişdirilməsi, məhv edilərək vandalizmə uğradılması beynəlxalq konvensiyalar və sizin rəhbərlik etdiyiniz təşkilatın məramına görə yolverilməzdir.
Azərbaycan Respublikası, YUNESKO-nun Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitəsinə üzv seçilməsi, Azərbaycana işğal altında qalan tarix və mədəniyyət abidələrinin qorunması haqqında qəbul edilmiş beynəlxalq hüquqi sənədlərdən yararlanmaq imkanı verir. Beləki Komitə, Azərbaycana onun işğal altında qalan tarix və mədəniyyət abidələrinin qorunmasına nəzarət edilməsinə şərait yaratmalı və işğalçı dövlətin nəzərinə münaqişə zonasında mədəni mülkiyyətin qorunmasının vacibliyini çatdırmalıdır.
Hörmətli Odre Azule xanım,
Diqqətinizə çatdırmaq istərdik ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın mədəni irsinin məruz qaldığı itki və tələfatların sırasına sənəd abidələri, memarlıq abidələri, tarixi abidələr, arxeoloji abidələr, incəsənət abidələri, muzeylər, kitablar, əlyazmalar, arxiv fondları talana və dağıntılara məruz qalmışdır.
Ermənistan Respublikasının işğal altında saxladığı Azərbaycan ərazilərində həyata keçirdiyi qeyri-qanuni fəaliyyətin ümumi məzmunu belədir:
- 1993-cü ildə Laçın rayonunun tarix və diyarşunaslıq muzeyindən götürülərək Ermənistana aparılmış gümüş əl çantası ermənilər tərəfindən Londondakı “Sothebychr(“39″)s” auksionunda 80.000 ABŞ dollarına satılıb.
- 1998-ci ildə bir yazılı daş nümunəsi ermənilər tərəfindən Laçın rayonun Mığıdərə kəndinin cənub qərbində yerləşən məbədin üzərindən çıxarılaraq, Ermənistanın İrəvan şəhərindəki Matadaran qədim əlyazmalar muzeyində № 3437 nömrə altında saxlanır.
- Xocavənd rayonunun Tağaser kəndi ərazisindəki (arm.Qtçvəng) adlı abidədən iki bədii daş nümunəsi götürülərək Ermənistanın İrəvan şəhərindəki Matadaran qədim əlyazmalar muzeyində № 7822, № 7823 nömrələr altında saxlanır.
- 1993-2016-cı illər ərzində ABŞ, Almaniya, Fransa, İngiltərə, Səudiyyə Ərəbistanı və digər ölkələrdə erməni brendi altında 1992-ci ildə Azərbaycan muzeylərindən qarət edilib aparılan xalçalar satışa çıxarılmılmışdır;
- Ermənistan işğal altında saxladığı ərazilərdə 68 müsəlman məscidi tamamilə dağıdılmış, 4 məscidi isə sökərək tanınmaz hala salınmışdır.
- Erməni əhalisi tərəfindən tarixi əhəmiyyətli 71 türbə, 150 qəbristanlıq tamamilə, 250 qəbristanlıq isə qismən dağıdılmışdır;
- 150 000-dən çox daşınan mədəni-irs nümunələri, o cümlədən 23 muzeydən, 102 757 muzey eksponatları, 4 Dövlət Rəsm Qalareyasından, 376 rəsm əsəri, 761 kitabxanadan 4,6 milyon kitab, 13 arxivdən, 260 000 arxivləşdirilmiş sənəd, 50 000 ədədən çox vətəndaşların şəxsi kolleksiyalarında saxlanan tarixi əhəmiyyətli ov və məişət əşyaları ermənilər tərəfindən qarət edilərək Ermənistana aparılmışdır. Onların bir qismini dünyanın müxtəlif ölkələrində satışa çıxarmış, bir qismi nüfuzlu şəxslərə hədiyyə edilmiş, bir qismini isə İrəvan şəhərinin müxtəlif müəsisələrində və şəxsi mülklərdə saxlayırlar;
- İşğal altındakı nəzarətsiz qalmış ərazilərdə 1500-dən çox memarlıq abidəsi gözlənilməz təbiət hadisələri nəticəsində uçmaq təhlükəsi qarşısında qalmışdır;
- 64 bağ-park monumental və xatirə abidələri dağıdılaraq erməni xatirə abidələri ilə əvəzlənmiş, 1814 memarlıq abidələrinin adları dəyişdirilərək erməni tarix və mədəniyyət abidələri kimi təbliğ olunur.
- 50 daşınmaz tarix və mədəniyyət abidəsi qeyri-qanuni təmir edilərək formaları dəyişdirib, divar yazılarını silib erməni tarix və mədəniyyət abidəsi kimi təbliğ edirlir.
- 20 Qafqaz Albaniyası dövrünə məxsus məbədin üzərində zəng qülləsi inşa edilib.
Hazırladı: Ülviyyə Tahriqızı, 1905.az