Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq filialının təşkilatçılığı və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə Füzuli şəhərində Əmək yarmarkası təşkil olunub. Bu, işğaldan azad edilən ərazilərdə keçirilən ilk Əmək yarmarkasıdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarmarkada işğaldan azad olunan ərazilərdə 20 müəssisə üzrə 200-ə yaxın vakansiya təklif olunur.