
İşğaldan azad edilmiş ərazilərdə hidrometeoroloji müşahidə şəbəkəsinin yaradılması çərçivəsində yerüstü su ehtiyatlarının qiymətləndirilməsi üçün 10 çay üzərində 11 avtomat hidroloji, həmçinin bu ərazilərdə meteoroloji vəziyyətin öyrənilməsi məqsədilə 6 avtomat meteoroloji, 4 radioekoloji və 3 aqrometeoroloji stansiya quraşdırılaraq istifadəyə verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Şuşa şəhərində keçirilən Ekoloji məsələlər üzrə İşçi qrupun iclasında ekologiya və təbii sərvətlər nazirinin müavini, İşçi qrupun rəhbəri Vüqar Kərimov deyib.
“Eyni zamanda, Zəngilan rayonu ərazisində Cahangirbəyli, Xurama qum-çınqıl yataqlarında, Qubadlı rayonu ərazisində Muğanlı tikinti materialları yataqlarında, Ağdam rayonu Xaçınçay qum-çınqıl yatağında və Qubadlı rayonu ərazisində Muradxanlı qum-çınqıl yatağında geoloji qiymətləndirmə işləri başa çatdırılaraq müxtəlif tikinti və yol infrastrukturlarının qurulması sektorlarında istifadəyə verilib” – deyə V.Kərimov bildirib.
















Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO









