İşğaldan azad edilmiş bütün ərazilərdə bu il genişmiqyaslı tikinti-quruculuq işlərinə başlanılması nəzərdə tutulur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin “Şəhərsalma məsələləri üzrə” İşçi qrupunun rəhbəri, Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov deyib.
“2022-2026-cı illərdə 34 min 500 mənzilin tikilməsi nəzərdə tutulub. Ağdam rayonunda 9700 mənzilin tikilməsi planlaşdırılıb. 2025-ci ildə Ağdam şəhərinə və ilk bərpa olunan kəndlərə əhalinin köçürülməsi nəzərdə tutulub” – deyə o bildirib.
















Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər VIDEO
Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO









