Azərbaycan fotoqrafiyasında Qarabağ izləri görünürmü?
– Yeni media çağında yaşadığımızdan həyatımızda daha çox sosial şəbəkələr üzərindən təsirini hiss etdiyimiz virtual həyat bir çox sahələrdə baxışımızı dəyişməkdədir. Müasir dönəmdə fotoqrafiyanın özündə çox dəyişgənlik var. Fotoqrafiya artıq bir növ adiləşmə dpvrünü yaşayır. Mən isə bu yolu tutmamışam. Mənim istəyim budur ki, adi fotoqrafiyadan uzaq olum. Düzdür, bu gün insanlara zaman-məkan azadlığı verən mobillik fotoqrafiyaya böyük üstünlüklər verilir. Mən də bu üstünlüklərdən yararlanıram. Amma Qarabağ deyərkən zaman anlayışında problem olmasa da, məkan anlayışında çox böyük problemlərin olduğunu görürük. Bu mənada məndən əvvəlki fotoqraflar kimi mən də bu mövzudan kənar qalmışam.
Əgər Qarabağa virtual yanaşmadan söhbət gedirsə məncə daha çox rəssamların təxəyyülünə aid olan bir mövzudur. Bu günün reallığıdır və bu mənada mən bu gün fotoqrafiyada heç bir Qarabağ düyünü görmürəm.
ƏGƏR MÜHARİBƏ YOLU SEÇİLƏRSƏ MƏNİM FOTOAPARATIM MƏNİMLƏ BİRLİKDƏ QARABAĞA GEDƏCƏK VƏ O ANDAN ETİBARƏN QARABAĞ ÜÇÜN İŞLƏYƏCƏK
– Orta statistik Azərbaycan fotoqrafiyasının işində 20 faizdən çox olmalıdır Qarabağ düyünü, yoxsa yoxsa az da olsa olar?
– İcazə verin sualınıza sualla cavab verim.
Siz niyə fotoqrafiyanı Azərbaycan sərhədləri çərçivəsində görürsünüz?
Məncə imkanımız olsa Qarabağa 100 faiz işimizi həsr etməliyik.
Mənim işlərim daha çox sosial yönümlü mövzuları əhatə edir və ümumi xarakter daşıyır. Sırf Azərbaycan hüdudları çərçivəsində hələlik bir layihə işləməmişəm. Lakin işlərim Azərbaycan reallıqları üzərində qurulub. Sadəcə Azərbaycanda baş verən hadisələri çəkirəm. Amma düşünmürəm ki, bunun Azərbaycan sərhədlərinə bir aidiyyatı var.
Hər halda bir Azərbaycan gənci kimi mən də Ali Baş Komandanın əmrini gözləyirəm. Əgər müharibə yolu seçilərsə mənim fotoaparatım mənimlə birlikdə Qarabağa gedəcək və o andan etibarən Qarabağ üçün işləyəcək. Azərbaycanda mərd fotoqraflar çoxdur. Diskussiyalarımızdan belə məlum olur ki, onlatın da Qaradağ arzuları tükənməzdir.
Nəticə etibarı ilə Qarabağ ərazi olaraq Azərbaycanın 20 faizini təşkil etsə də mədəniyyət, incəsənət, tarix və s. baxımından çox zəngin bir ərazidir. Qarabağı çəkmək, dünyaya tanıtmaq üçün fotoqraf ömrü yetməz.
Əminəm ki, Qarabağı çəkmək arzusu reallaşacaq. İnşallah.
– Erməni fotoqraflarının işlərindən xəbəriniz varmı?
-Erməni fotoqtaflarının işləri ilə qətiyyən maraqlanmıram. Erməni fotoqtaflarının işləri mənim üçün olsa-olsa fitnə-fəsad mənbəyidir.
GƏLƏCƏK PLANLARIM YOXDUR
– İndiyə qədər gördüyünüz işlər, hazırkı çalışmalarınız və planlar. Nə deyə bilərsiniz?
– İndiyə qədər Azərbaycan fotoqrafiyasında geniş yayılmayan fotoqrafiyanın “küçə fotoqrafiyası” bölməsi ilə məşqul olmuşam. Bununla bağlı bir sərgi təşkil olunub
Hal hazırda 2 layihə üzərində çalışıram.
Gələcək planlarım yoxdur. (Umumiyyətlə plan qurmuram)
– 1905.az portalının fotoqraflarımızla əməkdaşlığı barədə nə deyə bilərsiniz?
– Mən sizin portalla tanış deyildim. Amma suallarınızdan belə məlum olur ki, sizin portal Azərbaycanı düşündürən fotoqrafiya ilə maraqlanır və bu baxımdan portalınızı bəyəndim. Şübhəsiz ki, gələcəkdə mütamadi olaraq sizin saytı izləyəcəm və bu yöndə öz fikirlərimi bildirəcəm.
Uğurlar.
Fuad Babayev
1905.az