İspaniyanın məşhur “El pais” nəşrində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin mövqeyini əks etdirən məqalə dərc olunub.
Yazıda Azərbaycanın siyasətçilərinin və analitiklərinin, o cümlədən Milli Məclis sədrinin müavini Bahar Muradovanın, deputat Rasim Musabəyovun fikirləri yer alıb.
Məqalədə Dağlıq Qarabağın tarixi Azərbaycanın torpağı olmasından, atəşkəs rejiminin ermənilər tərəfindən mütəmadi pozulmasından, dinc əhaliyə qarşı edilən hərbi aqressiyadan bəhs edilir.
Cari ilin aprelində baş verən hərbi toqquşmalarda Azərbaycan tərəfinin əldə etdiyi uğurlar barədə yazan müəllif Azərbaycanın hərbi potensialının Ermənistandan qat-qat üstün olduğunu vurğulayıb.
Məqalədə xüsusi diqqət çəkən məqam isə Füzuli rayonunun Mirzənağılı kəndinin sakini ilə aparılan müsahibədir. Sakin ermənilərin atəşkəsi tez-tez pozması, həmçinin suvarma suyunun Ermənistan tərəfindən kəsilməsi nəticəsində dinc əhaliyə dəyən ziyandan danışıb.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
http://azertag.az/xeber/Ispaniyanin_meshur_El_pais_nesrinde_Ermenistan_Azerbaycan_Dagliq_Qarabag_munaqisesi_barede_meqale_derc_olunub-957754