 1 noyabr italyanlar üçün “Yuventus” futbol klubunun yarandığı (1897), amerikalılar üçün Niaqara şəlaləsinin üzərindəki Göy qurşağı (Rainbow Bridge) körpüsünün salındığı (1941), keçmiş sovet vətəndaşları üçün isə rublun kommersiya kursuna (!) keçdiyi tarixdir (1990). Ədəbiyyatsevərlər isə 1 noyabr 1906-cı ili C. Londonun “Ağ diş” povestinin, M. Qorkinin “Ana” romanının yazılma tarixi kimi xatırlamaqda sərbəstdirlər.
1 noyabr italyanlar üçün “Yuventus” futbol klubunun yarandığı (1897), amerikalılar üçün Niaqara şəlaləsinin üzərindəki Göy qurşağı (Rainbow Bridge) körpüsünün salındığı (1941), keçmiş sovet vətəndaşları üçün isə rublun kommersiya kursuna (!) keçdiyi tarixdir (1990). Ədəbiyyatsevərlər isə 1 noyabr 1906-cı ili C. Londonun “Ağ diş” povestinin, M. Qorkinin “Ana” romanının yazılma tarixi kimi xatırlamaqda sərbəstdirlər.
1 noyabr – həm də düz 110 il bundan qabaq yaradılmış “Füyuzat”ın ad günüdür.
Srağagün bu dərginin yubileyi idi…
1906-cı ildə Bakıda “Füyuzat” adlı bir dərgi işıq üzü gördü. Müasir leksikaya uyğun desək, onun sponsoru Hacı Zeynalabdin Tağıyev, baş redaktoru isə Əli bəy Hüseynzadə idi. Bir il ərzində cəmi 32 sayı nəşr edildi. Bu 1 il ərzində məmləkətimizdə fikir adamları “Füyuzat” adlı tarix yazdılar. Elə bir tarix ki, gələcək dövlətçiliyimizin ideoloji əsaslarını yaratdı. Bayrağımızda əks olunan bu ideyalar (türkləşmək, islamlaşmaq, müasirləşmək) bu gün də bizim xidmətimizdədir. “Füyuzat”ın dilinin mürəkkəbliyi, mücərrəd romantizmini araşdırmağı isə elm adamlarının öhdəsinə buraxaq.
Mövcud gerçəkliyi əks etdirən tənqidi realizm və zəngin tarixi keçmişə əsaslanan romantizm isə xalqa xidmətin fərqli yolları idi. Yəni məqsəd eyni olsa da, üslub fərqli idi. “Füyuzat”çılarla “Molla Nəsrəddin”çilərin düşmənçilik kimi qiymətləndirilən fikir ixtilaflarına isə əslində bu prizmadan yanaşmaq lazımdır.
”Füyuzat” jurnalının səhifələrində Derjavin, Tolstoy, Şekspir, Bayron, Höte, Hüqo kimi məşhur şair və nasirlər haqqında yazılar dərc edilmiş və əsərlərindən tərcümələr verilmişdi. Ümumiyyətlə, Əli bəy Hüseynzadə təkcə Azərbaycanda yox, hətta Yaxın Şərqdə ümumbəşəri mədəniyyəti yayan ilk təbliğatçılardan biri olub.
Milli istiqlal məfkurəsinin yaradılmasında, demokratik dövlət qurmaq uğrunda mübarizədə “Füyuzat”ın xidmətləri danılmazdır. Bu tarixi UNUTMAMAQ üçün isə onu SEVMƏK lazımdır.
P.S.
“…Ədalət olursa, hürriyyət də olur, hürriyyət olursa, məhəbbət və sevgi də olur”.
Əli bəy Hüseynzadə
Təmkin Məmmədli
1905.az










 
         
         
        





 
                 Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
	                            Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
	                            Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
	                            Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
	                            Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib
	                            Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib





 
                    


 
 
    
   
  
     
		   
		   
		

