Bu gün Türkiyəni uydurma “erməni soyqırımı” iddiaları ilə küncə sıxışdırmağa çalışan xristian qərb aləmini, 1915-ci il hadisələrinə şahid olan öz yazıçıları belə yalanlayır.
1915-1917-ci illərdə Anadoludakı ermənilərlə birlikdə yaşayan Hjalmar Pravitz adında isveçli mayor İsveçə gələrkən əlinə Marika Stjerstedtin “Ermənilərin acınacaqlı vəziyyəti” adlı kitabı keçir. Kitabı oxuduqdan sonra şahid olduğu hadisələr barədə qəzetlərdən birinə məktub yazır. “Nya Daglıgt Allehanda” (red.Yeni Gündəlik Müxtəliflik) qəzetinin 23 aprel 1917-ci il tarixli sayında nəşr olunan məktubunda isveçli mayor türklərin erməniləri qətlə yetirdiklərinə dair iddiaların böyük bir yalan olduğunu bildirir. O,həqiqətləri danışmaq məcburiyyətində olduğunu, Anadoluya mənfi təəssüratlarla getdiyini, lakin gördükləri ilə danışılanların üst-üstə düşmədiyini deyir.
Məktubunda ermənilərin arasında iki il (1915-1917) qaldığını qeyd edən isveçli zabit tamamilə öz müşahidələrini qələmə aldığını ifadə edir. Məktubdan bəzi sətirlər:
“Şahidi olduğum üçün yalanları pisləmək məcburiyyətindəyəm”
“Yaşananlara şahid olduğum için mənim bu kimi yalan iddiaları pisləmək hüququm var və bundan əlavə öz müşahidələrim bu etirazı daha da gücləndirir”.
“Mənfi fikirlərlə getdim”
İstanbuldan Anadoluya yola düşəndə amerikalı səyyahların, yazıq erməniləri türklərin necə qırdığına dair danışılanlar qulaqlarımda səslənirdi, yəni mənfi fikirlərlə dolu idim. Tanrım! Görəsən, necə xaoslar görəcəyəm və necə bir zalımlığa şahid olacağam!.. Yaxın Şərqdə uzun illər vəzifəli şəxs qismində (İran Jandarma Təşkilatını qurmaq və inkişaf etdirmək sahəsində) çalışdım, xristian olduqları üçün ermənilərin Tanrının ən sevimli qulları olduğuna dair fikirləri qətiyyən qəbul etmirəm. Türklərin hücumları və adsız qurbanlar haqqındaki söz-söhbətlərin doğru olub-olmadığını anlaya bilmək üçün gözlərimi dörd açmağa qərar verdim.
“Qətiyyətlə xeyr”
Hər zaman səfalatə şahid oldum. Ancaq əvvəldən planlaşdırılan bir qırğına heç bir yerdə rast gəlmədim. Qətiyyətlə xeyr. Məhz bu səbəblə yaşadıqlarımı yazmaq ehtiyacını hiss etdim.
“Ölümlərin səbəbi yenə ermənilərdir”
Ermənilərin bir növ Türk əsarəti altında yaşadıqlarını və mütəmadi olaraq təzyiq gördüklərini iddia edənlərin səhv fikirlərdə olduğunu düşünürəm. Zaman-zaman yaşanan qırğınları bir kənara qoysaq ki, bu qırğınların da səbəbkarı böyük ehtimalla yenə ermənilərdir, ermənilərlə olduqca yaxşı davrandıqlarını düşünürəm. Öz dinləri, öz dilləri və yazıları, öz məktəbləri və s. hamısı var.
“Heç bir türk hücumuna rast gəlmədim”
‘Tanin’in (Türk qəzeti) ifadəsi ilə bu yazıq “ köçkünləri” çox yaxından gördüm. Anadoluda qatarda, Konyada və başqa yerlərdə öküz arabalarında və Toros dağlarında karvanlar halında gedərkən, Tarsus və Adanada çadır düşərgələrində onları gördüm. ..Amma heç bir zaman bu bəxtsiz insanlara qarşı bir Türk hücumunu görmədim.
“Erməni baron türklər haqqında yaxşı şeylər danışırdı”
Hələbdə böyük bir oteli olan erməni baronunun qonağı oldum. Onunla hemyerlilərinin vəziyyəti barədə çoxlu söhbətlərimiz olmasına baxmayaraq mənə Türklərin qırğınlarından heç bəhs etmədi. Sabahısı gün Camal Paşa ilə bir görüşməm var idi. Camal Paşa haqqında da danışdıq. Bir çox adam tərəfindən bir cəllad olduğu iddia edilməsinə baxmayaraq, erməni Baron bu məşhur adam haqqında çox müsbət şeylər danışdı.
“Erməni məmur türk qətliamı haqqında bir kəlmə da danışmadı”
Hələbdə Erməni bir məmurla tanış oldum. Bu adamla bir neçə ay yol yoldaşı olduq. Bu adam nə Hələbdə, nə də anadan olduğu Maraşda və ya başqa bir yerdə türk qətliamı barəsində bir kəlmə də danışmadı…
On dörd gün boyunca Fırat çayında səyahət etdim. Bu müddət ərzində xanım Stjerstdedtin verdiyi məlumatlara görə ən azı bir dəfə ermənilərə qarşı bir hücum görməliydim və Fırat çayında ermənilərin cəsədləri üzməliydi. Biz Dr.Schact (Alman həkim minbaşı) ile birlikdə səyahət edirdik. Onunla daha sonra Bağdadda yenə qarşılaşdıq, söhbət etdik, mənə belə şeyler danışmadı.
“Qətilyyətlə etiraz edirəm”
Köçkünlərə nəzarət edən Türk jandarma birliklərinin erməniləri qırdığına dair iddialara bir şahid kimi qətiyyətlə etiraz edirəm. “