
Azərbaycanın paytaxtında IX Qlobal Bakı Forumu çərçivəsində “Qloballaşma və artan bərabərsizliklər” mövzusunda panel iclası keçirilir.
AZƏRTAC xəbər verir ki, BMT-nin Ukrayna üzrə sabiq rezident əlaqələndiricisi Fransis O’Donnellin moderatorluğu ilə keçirilən panel iclasında diqqətin iqtisadi bərabərsizliklər üzərində cəmləşdirilməsi, azlıqlara qarşı ayrı-seçkilikdən irəli gələn bərabərsizliklər, sərvət və gəlirlərdə qeyri-bərabərliklər, varlılar üçün vergi sığınacaqlarının qarşısının alınması və vergi sistemində daha böyük bərabərlik yaradılması məqsədilə qlobal vergi rejiminin dəyişdirilməsi, müvafiq konvensiyalarda təsbit edilmiş belə qlobal vergi tədbirlərinin effektiv şəkildə həyata keçirilməsi, bu sahədə görülən tədbirlərin istənilən məsələdə və hesablamada ən aztəminatlı təbəqə olaraq qalan yoxsullara fayda verməsinin nə qədər təmin edilə bilməsi, həmçinin digər məsələlərlə bağlı fikir mübadilələri aparılır.
Panel müzakirələrində Dünya Bankının sabiq vitse-prezidenti Mats Karlsson, Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Ekvadorun sabiq Prezidenti Rosaliya Arteqa Serrano, UNESCO-nun 36-cı Baş Konfransının prezidenti, Macarıstanın BMT və UNESCO üzrə sabiq səfiri, “Women4Diplomacy”nin qurucusu Katalin Bogyay, Dünya İncəsənət və Elm Akademiyasının prezidenti Harri Yakobs, Latviyanın sabiq Baş naziri Laimdota Strauyuma və Rumıniyanın sabiq Prezidenti Emil Konstantinesku iştirak edirlər.
















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









