
Ümumdünya Ətraf Mühit Günü ilə əlaqədar iyunun 5-də Azərbaycanın milli parklarında “Açıq qapı” günü keçiriləcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova AZƏRTAC-a bildirib ki, 1972-ci ildən başlayaraq hər il iyunun 5-i bütün dünyada Ümumdünya Ətraf Mühit Günü kimi qeyd edilir.
Bu günün keçirilməsində məqsəd ictimaiyyətin diqqətini ətraf mühitin mühafizəsinə və ekoloji məsələlərə yönəltməklə təbiəti qorumağın vacibliyini vurğulamaqdır.
S.Məmmədova qeyd edib ki, hər il Ümumdünya Ətraf Mühit Günü ərəfəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ətraf mühitin mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılması, tullantıların, o cümlədən plastik tullantıların düzgün idarə olunması, sudan səmərəli istifadə və bu kimi digər maarifləndirici tədbirlər həyata keçirilir.
Çox sevindiricidir ki, ölkəmizdə təbiətsevərlərin sayı artır, ətraf mühit problemlərinə qarşı ictimai qınaq formalaşır, insanlar laqeyd mövqe tutmadan problemlərin həlli istiqamətində öz köməklərini əsirgəmirlər.
S.Məmmədova bildirib ki, həmin əlamətdar günü təbiət qoynunda keçirmək istəyən hər kəs Azərbaycanın müxtəlif bölgələrində yerləşən, zəngin təbii landşafta və özünəməxsus ekosistemə malik olan milli parklarımıza səyahət edə və füsunkar təbiət ərazilərində səmərəli gün keçirə bilərlər.
















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









