Almaniya Bundestaqının Xristian Demokrat İttifaqından (CDU) olan deputatı, habelə Almaniya parlamentində Cənubi Qafqaz dövlətləri ilə əlaqələr üzrə dostluq qrupunun rəhbəri xanım Karin Strenz Füzuli rayonunun atəşə tutulmasını kəskin pisləyir.
“Dinc azərbaycanlı sakinlərin erməni hərbiçiləri tərəfindən iriçaplı silahlardan və ağir artilleriya qurğularından yenidən atəşə tutulması növbəti vəhşiliyin son həddidir. Heç bir insanlığa sığmayan bu vəhşilik nəticəsində dinc sakinlər faciəli şəkildə həlak olub. 50 yaşlı qadın və onun iki yaşlı nəvəsi həyatını itiriblər. Bu həddindən artıq iztirablı və çox ağır itkidir. Həlak olanların yaxınlarına dərin hüznlə başsağlığı verirəm və kədərlərini bölüşürəm”, deyə Strenz bildirib.
Cənubi Qafqazda vətəndaşlara dinc və insani yanaşmanı təşviq etmək üçün 2013-cü ildən parlament qrupuna sədrlik edən xanım Karin Strenz o vaxtdan etibarən danışıqların parlament səviyyəsində yeni formatı üçün səy göstərir.
Dağlıq Qarabağ münaqişəsi nəticəsində dəhşətli ölüm xəbərləri artıq uzun illərdir ki, bizi sarsıdır. Çox istərdim ki, nəhayət buna son qoyulsun. Çünki hər bir ölüm ağır faciələrə yol açır.
Bütün tərəfləri danışıq masası arxasına gətirmək üçün mən Almaniyanın ATƏT-ə sədrliyi çərçivəsində ötən il Task Force (Sülhməramlı qoşunlar) Dağlıq Qarabağ təşəbbüsünü irəli sürdüm”, deyə millət vəkili qeyd edib.
Strenz Azərbaycana, Ermənistana və ATƏT-in hazırkı sədri Avstriyaya hər ölkədən üç deputatın neytral yerdə toplaşmasını təklif edib. Almaniyadan Azərbaycandan və Avstriyadan olan millət vəkilləri intensiv müzakirələrdən sonra təklifi qəbul ediblər. Təəssüflər olsun ki, bu günə qədər Ermənistan tərəfindən cavab gözləyirik. Bilirəm ki, Ermənistan yeni parlamentini seçib, bu çox vacib məsələdir, çünki burda söhbət insan taleyindən gedir. Ümid edirəm ki, Erməni tərəfi tezliklə razılığını verəcək, çünki burada söhbət sülhdən heç az əhəmiyyət kəsb etməyən birgə dinc yaşamadan gedir, deyə almaniyalı deputat sonda bildirib.
http://www.strenz.de/mediapool/79/794308/data/PM_Berg-Karabach.pdf