
Türkiyənin Kayseri şəhərində Türk dünyasının müxtəlif ölkələrindən 48 şairin iştirakı ilə Beynəlxalq ədəbi toplantı keçirilib.
AZƏRTAC xəbər verir ki, Türk Ədəbiyyatı Fondu və Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) birgə təşkilatçılığı ilə Kayserinin Talas rayonunda baş tutan dördgünlük tədbir çərçivəsində poeziya gecələri, panel müzakirələri, təhsil müəssisələrində görüşlər təşkil olunub.
Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr Türk Respublikası və digər ölkələrdən gəlmiş şairlərin səsləndirdiyi poetik nümunələr türk milli düşüncəsinin ortaq səsinə çevrilib.
Azərbaycan nümayəndələrinin çıxışları Beynəlxalq ədəbi toplantıda böyük maraq doğurub.
Azərbaycan, Türkiyə və Özbəkistan Yazıçılar birliklərinin üzvü, Türk Dünyası Qadın Şairlər Birliyinin sədri, professor Xuraman Muradovanın səhnə çıxışı tədbirin yaddaqalan anlarından biri olub. Şair “Məzlumun duası” adlı şeirini səsləndirərək dünyada yaşanan humanitar faciələrin ağrısını poetik dildə ifadə edib.
Tədbirdə Azərbaycanı Xuraman Muradova ilə yanaşı, Aysel Xanlarqızı, Faiq Balabəyli, Fərid Hüseyn, Ofeliya Babayeva, Abuzər Bağırov və Pərvin Nurəliyeva təmsil ediblər. Onlar da poetik çıxışları ilə yadda qalıb.
Talas Bələdiyyəsinin sədri, Türk Dünyası Bələdiyyələr Birliyinin İdarə Heyətinin üzvü Mustafa Yalçın Bəxtiyar Vahabzadə, Anar, Çingiz Aytmatov, Nəcib Fazıl və Çingiz Dağcıya həsr olunmuş panellərin moderatorluğunu həyata keçirib.
Mədəni proqram çərçivəsində məktəblərdə və kolleclərdə görüşlər də təşkil olunub.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
















Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO









