
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizdə özünüməşğulluq proqramının icrasını davam etdirir.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu dəfə Laçın, Xocalı, Ağdərə və Xocavənd rayonlarında daha bir qrup şəxsə proqram çərçivəsində “Çatdırılma xidməti”, “Kiçik dərzi sexi”, “Qadın gözəllik salonu”, “Kombi ustası və sanitar qovşağın quraşdırılması xidməti”, “Arıçılıq təsərrüfatı”, “Keçiçilik təsərrüfatı”, “Maldarlıq təsərrüfatı” və “Qoyunçuluq təsərrüfatı” zərfləri üzrə aktivlər təqdim edilib. Verilmiş aktivlər hesabına onlar istehsal, xidmət və kənd təsərrüfatı istiqamətləri üzrə kiçik ailə bizneslərini yaradıblar.
Proqram iştirakçıları onlara göstərilən dəstəyə görə Prezident İlham Əliyevə təşəkkürlərini ifadə ediblər. Onlar özünüməşğulluq proqramı çərçivəsində qurduqları təsərrüfatlarını daim genişləndirməyə səy göstərəcəklərini bildiriblər.
İndiyə qədər Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına köçürülmüş sakinlərdən artıq 633 şəxs özünüməşğulluq proqramının dəstəyi ilə öz kiçik ailə təsərrüfatlarını yaradıb.
















Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO








