Əsrarəngiz mənzərəsi ilə göz oxşayan Laçın ilin hər fəslində gözəlliyi ilə diqqət çəkir. Yaşıllaşan meşələri, gur axan çayları və güllü-çiçəkli dağları olan Laçın artıq baharı öz doğma sakinləri ilə qarşılayır.
Laçın şəhəri 30 il erməni işğalında ikən vandalizmə məruz qalsa da, işğaldan azad edildikdən dərhal sonra ölkə rəhbərliyinin tapşırığına uyğun olaraq yenidən qurulmağa başladı. Şəhərdə qısa müddətdə evlər və digər obyektlər inşa olundu, yollar abadlaşdırıldı, şəhərdə əhalinin istirahəti üçün Həkəri çayı kənarında bulvar, həmçinin uşaqların əyləncəsi üçün meydançalar yaradıldı. Bir sözlə, Laçın özünün laçın çağlarına qayıdıb.
Böyük Qayıdış proqramı çərçivəsində indiyədək Laçın şəhərində 493 ailənin, yəni 1838 nəfərin daimi məskunlaşması təmin edilib. Şəhər mərkəzi ilə yanaşı, Laçının iki kəndində də həyat öz axarına qayıdıb.
Zabux kəndində 217 ailə olmaqla 823 nəfər, Sus kəndində isə 20 ailə olmaqla 75 nəfər məskunlaşıb.
AZƏRTAC-ın bölgə müxbiri Laçından göz oxşayan ən son fotoları təqdim edir.
15.05.2024, Aydın Yavərzadə, AZƏRTAC



























Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO









