“STEAM Azərbaycan” layihəsi 300 mindən çox şagirdi, 400-dən çox məktəbi əhatə edir. Hazırda STEAM dərsləri III–IX siniflərdə tədris olunur.
AZƏRTAC xəbər verir ki, bu fikirləri “STEAM Azərbaycan” layihəsinin rəhbəri İqrar Nəzərov STEAM Azərbaycan Festivalının (SAF 2025) açılışında deyib. O bildirib ki, başlanğıcda 41 məktəb və 60 şagirdi əhatə edən layihə genişlənməkdədir və hazırda 400-dən çox ümumtəhsil müəssisəsində STEAM tədris olunur: “Ölkə üzrə 21 STEAM Mərkəzi fəaliyyət göstərir. STEAM tədrisinə və STEAM məzmununun yaradılmasına başlayarkən ilk prioritetlərdən biri də bu qısa müddətdə təhsilin ixracı olub. Artıq Qazaxıstan, Özbəkistan və Türkmənistanda STEAM layihələrinin təlimlərinə və eyni zamanda, iki STEAM İnnovasiya Mərkəzinin qurulmasına nail olunub.
Türkmənistanda bu, Heydər Əliyev adına 20 saylı Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin nəzdindəki “STEAM Azərbaycan Bişkek”dir. Özbəkistanda isə Abdulla Avloni adına pedaqoji ustadlıq universitetinin nəzdində “STEAM Azərbaycan Daşkənd”dir”.
İqrar Nəzərov qeyd edib ki, festivalın final mərhələsinə 1400-dən çox iştirakçı vəsiqə qazanıb. Onlardan 202 nəfəri xarici ölkələrdəndir. Ümumilikdə isə festivalda Azərbaycanla birgə 22 ölkə təmsil olunur.
















Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO









