Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 6-da Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində keçirilmiş “7-ci erməni oyunları”nın açılış mərasimində çıxışı zamanı sözügedən oyunlarda ilk dəfə olaraq bəzi ölkələrin, o cümlədən Birləşmiş Ərəb Əmirliklərinin də iştirak etməsini qeyd etmişdi.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva bu xüsusda, həmin ölkələrin Azərbaycanın işğal olunmuş ərazilərində keçirilən bu tədbirə qatılması ilə bağlı hansı tədbirlər görməsi ilə bağlı KİV-in sualını cavablandırıb.
XİN rəsmisi deyib: “İlk dəfə deyil ki, Ermənistan rəsmilərinin həqiqəti əks etdirməyən bəyanatları ilə üzləşirik. Qeyd etdiyiniz məsələ ilə bağlı Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə nota ünvanlayıb. Cavab notasında nazirlik bildirib ki, Dağlıq Qarabağ ərazisində keçirilən tədbirdə Birləşmiş Ərəb Əmirliklərinin heç bir vətəndaşı iştirak etməyib. Göründüyü kimi, Ermənistan tərəfi həqiqətə uyğun olmayan məlumatları məqsədyönlü şəkildə yayaraq, qanunsuz separatçı rejimin guya “tanınması” görüntüsünü yaratmaq istəyir. Öz növbəsində, bütün bu kimi cəhdlər sonda yayılan yalan məlumatların ifşası ilə nəticələnir”.
















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









