Son hadisələr çərçivəsində Ermənistan tərəfindən xarici terrorçu qüvvələr və muzdlular geniş şəkildə Azərbaycana qarşı istifadə olunur. Açıq mənbələrdə yer alan xəbərlərə görə, Yaxın Şərq bölgəsindən, xüsusən Suriya, Livan, Rusiya, Gürcüstan, Yunanıstan, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrdən erməni əsilli şəxslərin işğal olunmuş ərazilərə gəlməsi və yaxud bu istiqamətdə yola düşməsi ilə bağlı açıq faktlar və məlumatlara rast gəlinir.
AZƏRTAC xəbər verir ki, bunu oktyabrın 5-də keçirilən brifinqdə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.
Ermənistanın siyasi rəhbərliyinin Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz məskunlaşdırma siyasətini davam etdirdiyini vurğulayan idarə rəisi bildirib: “Ermənistan bir müddət əvvəl Livanda baş vermiş partlayışdan sonra bu ölkədəki erməni əsilli şəxslərin Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilməsi ilə bağlı qeyri-qanuni fəaliyyətini nümayişkaranə şəkildə davam etdirib.
Daha sonra müdafiə haqqında qanuna dəyişiklik edərək könüllü silahlı qruplaşmaların yaradıldığını elan edən Ermənistan artıq bu bölgədən köçürdüyü insanların sonradan hərbi birləşmələrə inteqrasiya edilməsi və Azərbaycana qarşı aparılan döyüşlərdə istifadə olunması məqsədi güdür.
Son zamanlar biz Ermənistan hökumətinin xaricdə fəaliyyət göstərən diaspor təşkilatları vasitəsilə xaricdəki ermənilərin toplanması və Ermənistana yola düşməsi, həmçinin bu istiqamətdə maliyyələşdirmə, dəstək tədbirlərinin, ianələrin ayrılması ilə bağı böyük canfəşanlıqla fəaliyyət göstərdiyini açıq şəkildə müşahidə edirik”.
















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









