
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dekabrın 21-də Keniyanın Nayrobi şəhərində bu ölkənin ən qədim təhsil ocaqlarından olan Nayrobi tam orta məktəbinə baş çəkib.
AZƏRTAC xəbər verir ki, məktəbdə Fondun “Afrika ölkələrində təhsil və mədəniyyətin inkişafı” layihəsi çərçivəsində avadanlıqlarla təchiz edilmiş laboratoriya və kompüter sinfinin açılışı olub.
Sonra Leyla Əliyeva Nayrobi şəhərindəki Kangemi Tibb Mərkəzinə gəlib. Mərkəzin yeni doğulan uşaqlar üçün bölməsi ilə tanışlıq olub. Heydər Əliyev Fondu tərəfindən Tibb Mərkəzinə küvəzlər, eləcə də analara Yeni il münasibətilə hədiyyələr təqdim edilib.
















Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO









