1981-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. 2002-ci ildən Azərbaycan Fotoqraflar Birliyinin üzvüdür. Çoxsaylı sərgi, seminar, konfrans və festivallarda iştirak edib. 2010-cu ildə, “National Geographic” jurnalı foto-şəkil bölməsinin sabiq direktoru Kent Kobersteenin rəhbərlik etdiyi seminarda birinci yeri tutub. Həmçinin, 2010-cu ildə “İlin fotoqrafı” mərasimində “Gümüş Arqus”, 2011-ci ildə isə “İlin kuratoru” nominasiyasında qalib gəlib.
Azərbaycan Dövlət Neft Akademiyasının köhnə yataqxanasına Ermənistanın Azərbaycana təcavüzündən sonra ermənilər tərəfindən işğal olunmuş müxtəlif ərazilərdən məcburi köçkünlər yerləşdirilmişdi. Fotolarda həmin insanların bir qisminin həyatı göstərilir. Bakı, Azərbaycan, 2011
Qadın yataqxananın ümumi mətbəxində satış üçün konservlər hazırlayır.Qadın yataqxananın ümumi mətbəxində satış üçün konservlər hazırlayır.Yataqxananın damında təhlükəli uşaq oyunları.Yataqxananın damında təhlükəli uşaq oyunları.Uşaqların oynamaq üçün həvəslə qaçdıqları damdan qayıdan nənəYataqxananın 4-cü mərtəbəsi. İstifadə olunmayan, köhnə, zibillə dolu lift şaxtası. Yataq ağlarının qurudulması üçün istifadə olunan meydança.Yataqxananın 4-cü mərtəbəsi. İstifadə olunmayan, köhnə, zibillə dolu lift şaxtası. Yataq ağlarının qurudulması üçün istifadə olunan meydança.Yataqxananın 4-cü mərtəbəsi. İstifadə olunmayan, köhnə, zibillə dolu lift şaxtası. Yataq ağlarının qurudulması üçün istifadə olunan meydança.Oğlan və qızların müxtəlif oyunları.Oğlan və qızların müxtəlif oyunları.İki uşaq anası olan 21- yaşlı qız. Böyük uşağın 6 yaşı var. Erkən nikahlar normal yaşayış şəraiti olmayan məcburi köçkünlər arasında geniş yayılıb.İki uşaqla balaca otağa sığınmış ailə. Kiçik uşaq ürək çatışmamazlığından əziyyət çəkir.İki uşaqla balaca otağa sığınmış ailə. Kiçik uşaq ürək çatışmamazlığından əziyyət çəkir.İki uşaqla balaca otağa sığınmış ailə. Kiçik uşaq ürək çatışmamazlığından əziyyət çəkir.
1918-ci il fevralın 23-də Cənubi Qafqazın ali hakimiyyət orqanı- Zaqafqaziya Seymi yaradıldı. Lakin Seymin tərkibinə daxil olan Azərbaycan, gürcü və erməni fraksiyaları arasında daxili və xarici siyasətin əsas məsələlərinə münasibətdə ciddi fikir ixtilaflarının olduğu aşkara çıxdı.
Onun yaratdığı sənət əsərləri danışır. Onun sehrli barmaqlarından çıxan hər bir əsər keçdiyi ömür yolunun bariz nümunəsidir. Rəngarəng əsərlərin qəhrəmanı ilə həm danışmaq, həm də bu rənglərin işığından keçdiyi ömür yoluna nəzər salmaq imkanımız oldu. 57 illik bir sənət fəadaisinin ömür yolunu vərəqlədikcə illərin heç də hədər getmədiyinin bir daha şahidi olduq. Öyrəndik ki, könlünü bu sənətə lap uşaqlıqdan bağlayıb.
Qobustan Milli Tarix-Bədii Qoruğu Azərbaycan ərazisində insan mədəniyyətinin inkişaf tarixini ən qədim qatlarından etibarən izləməyə imkan verən nadir arxeoloji komplekslərdən biridir. Bakıdan təqribən 60 kilometr məsafədə, Böyükdaş, Kiçikdaş və Cingirdağ dağlarını əhatə edən bu ərazi ötən əsrin ortalarından başlayaraq aparılan tədqiqatlar nəticəsində dünyanın ən zəngin qayaüstü təsvir məkanlarından biri kimi tanınıb. Qobustan relyefinin özünəməxsusluğu, təbii sığınacaqların çoxluğu və əlverişli iqlim şəraiti qədim dövrlərdə burada insanların məskunlaşmasına şərait yaradıb, bu da arxeoloji materialların zənginliyini şərtləndirib.
Memuar ədəbiyyatı haqqında müxtəlif fikirlər ola bilər, amma memuaristika şəxsən mənim çox sevdiyim janrdır. Müdrik sənət insanı, aktyor Uill Smitin “Yaxşı insanlar sizə xoşbəxtlik gətirər, pis insanlar təcrübə qazandırar, ən pislər dərs verər, ən yaxşılarsa xatirələr bəxş edər. Hər kəsi qiymətləndirin” sözləri bu mənada mənim baxışımı və yanaşmamı çox gözəl ifadə edir. Imkan olsa, ömür vəfa eləsə, haçansa mən özüm də uzun illərdir tutduğum gündəliyi kitaba çevirməyi düşünürəm…