Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi mədəniyyət üzrə ixtisaslaşan jurnalistlər üçün “Mədəniyyətimizin təbliğində informasiya amili” mövzulu seminar keçirib.
Onlarla aparıcı KİV nümayəndələrininq atıldığı tədbirdə mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev təsisatın gördüyü işlər və həyata keçirəcəyi layihələr haqqında məlumat verib. Mövzu ətrafında maraqlı diskussiya olub.
Tədbirin sonunda bir sıra TV şirkətlərinə, qəzet redaksiyalarına və saytlara fəxri diplomlar təqdim edilib.
Təltif olunan saytlar sırasında www.1905.az portalı da var.