Azərbaycan Dövlət Pedaqoji Universitetində III kurs tələbəsi Kənan Məmmədovun 28 May Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 101 illiyi ilə bağlı “Məhrumiyyətdən hürriyyətə” filminin təqdimatı keçirildi.
Tədbiri giriş sözü ilə açan Universitetin sosial və humanitar məsələlər üzrə prorektoru Fikrət Rzayev 28 May tarixinin Azərbaycan üçün dəyərindən danışdı. Bildirdi ki, sovet tarixi Azərbaycan Xalq Cümhuriyyətini pantürkist, panislamist dövlət kimi xarakterizə edirdi. Bu səbəbdən 28 Mayın yenidən və dəqiqliklə öyrənilməsinə ehtiyac var. Filmin nümayişindən sonra Azərbaycan Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə Kənan Məmmədova təşəkkür etdi, uğurlar arzuladı. Bildirdi ki, dünyada bölünmüş iki ölkə var; Koreya və Azərbaycan. Vətənin problemləri çoxdur və onları həll etmək lazımdır.
Film haqqında fikrini bildirən bütün çıxışçılar çatışmazlıqlara baxmayaraq görülən işi yüksək dəyərləndirdilər.

1905.az
















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









