1905.az saytı yeni dərs ilinin başlanması ərəfəsində “Məktəb zəngi” virtual foto qalereyasını təqdim edir! Qalereyadakı fotolar ümumilikdə 2 dövrü əhatə edir.
1) Müharibə dövrü.
2) Müharibədən sonrakı dövr.
Müharibə dövründə çəkilən fotolara diqqət yetirərkən Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü nəticəsində təhsilimizə vurulan maddi və mənəvi ziyan aşkar görünür. Lakin sonrakı dövrdə, Azərbaycanın iqtisadi cəhətdən güclü ölkəyə çevrilməsi təhsildə də öz əksini tapdı. Prezident İlham Əliyevin 2004-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” çərçivəsində köçkünlərin məskunlaşdıqları qəsəbələrdə yeni məktəb binaları tikilib istifadəyə verilmişdir.
“Məktəb zəngi” virtual foto qalereyasındakı fotolar Azərbaycan Fotoqraflar Birliyinin arxivindən və AzərTAc-ın fotoxronika şöbəsindən götürülmüşdür.
Erməni silahlı birləşmələri tərəfindən dağıdılmış Laçın orta məktəb binası.1992-ci il. Foto: İlqar CəfərovŞuşalı uşaqlar təhsil alırlar. 1992-ci-il. Foto: Xalid ƏsgərovCoğrafiya müəllimi Şəfəq kəndi Goranboy 1990-cı-il. Foto: Oleq LitvinŞagird. Laçın 1992-ci il. Foto: İlqar CəfərovSədərəkdə erməni silahlı birləşmələri tərəfindən dağıdılmış orta məktəb. 1992-ci-il. Foto: Xalid ƏsgərovMəcburi köçkünlər təhsil alır. Bakı,1997-ci il. Foto: Mirnaib HəsənoğluMəcburi köçkünlər təhsil alır. Bakı,1997-ci il. Foto: Mirnaib HəsənoğluMəcburi köçkünlər təhsil alır. Bakı,1997-ci il. Foto: Mirnaib HəsənoğluMəcburi köçkünlər təhsil alır. Bakı,1997-ci il. Foto: Mirnaib HəsənoğluMəcburi köçkünlər təhsil alır. Bakı,1997-ci il. Foto: Mirnaib HəsənoğluMəcburi köçkünlər təhsil alır. İmişli,1996-ci il. Foto: Elnur BabayevDərsə gedərkən. Bakı,1997-ci il. Foto: Mirnaib Həsənoğlu
Dərsə gedən şagird. Bakı,1997-ci il. Foto: Mirnaib HəsənoğluMəcburi köçkünlər təhsil alır. Bakı,1997-ci il. Foto: Mirnaib HəsənoğluMəktəbli qız. Bakı,1997-ci il. Foto: Mirnaib HəsənoğluMəcburi köçkünlər təhsil alır. Bakı,1997-ci il. Foto: Mirnaib HəsənoğluSaatlı rayonunda yerləşən məcburi köçkün düşərgəsi. 2001-ci il. Foto: Mirnaib HəsənğluMəcburi köçkünlər təhsil alır. Bakı,1997-ci il. Foto: Mirnaib HəsənoğluMəcburi köçkünlər təhsil alır. Bakı,1997-ci il. Foto: Mirnaib Həsənoğluİlham Əliyev Goranboyda 525 məcburi köçkün ailəsi üçün salınmış məhəllədəki məktəbin açılışında. 21 yanvar 2012. Foto: AzərTAcPrezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakının Müşfiqabad qəsəbəsində 1440 məcburi köçkün ailəsi üçün yeni salınmış məhəllədə tikilən 1300 şagird yerlik Ağdam rayon 33 nömrəli tam orta məktəbin açılışında. 27 dekabr 2012. Foto: AzərTAcAbşeron rayonunun Masazır qəsəbəsində 760 məcburi köçkün ailəsi üçün yeni salınmış məhəllədə tikilən 540 şagird yerlik Zəngilan rayon 33 saylı tam orta məktəb. 1 aprel 2013. Foto: AzərTAc
1918-ci il fevralın 23-də Cənubi Qafqazın ali hakimiyyət orqanı- Zaqafqaziya Seymi yaradıldı. Lakin Seymin tərkibinə daxil olan Azərbaycan, gürcü və erməni fraksiyaları arasında daxili və xarici siyasətin əsas məsələlərinə münasibətdə ciddi fikir ixtilaflarının olduğu aşkara çıxdı.
Onun yaratdığı sənət əsərləri danışır. Onun sehrli barmaqlarından çıxan hər bir əsər keçdiyi ömür yolunun bariz nümunəsidir. Rəngarəng əsərlərin qəhrəmanı ilə həm danışmaq, həm də bu rənglərin işığından keçdiyi ömür yoluna nəzər salmaq imkanımız oldu. 57 illik bir sənət fəadaisinin ömür yolunu vərəqlədikcə illərin heç də hədər getmədiyinin bir daha şahidi olduq. Öyrəndik ki, könlünü bu sənətə lap uşaqlıqdan bağlayıb.
BDU-nun Beynəlxalq münasibətlər və İqtisadiyyat fakültəsinin Diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının müəllimi Teymur Qasımlının “Siyasi kommunikasiya” adlı yeni kitabı işıq üzü görüb.