Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar Milli Məclisin Mətbəəsində səsvermə bülletenlərinin çapına başlanılıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov və Komissiyanın üzvləri iştirak edərək səsvermə bülletenlərinin çap olunması prosesi ilə yaxından tanış olublar.
Kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılan proses barədə danışan sədr Məzahir Pənahov bildirib ki, referendumla bağlı səsvermə bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblər Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyənləşdirilib və 5280924 (beş milyon iki yüz səksən min doqquz yüz iyirmi dörd) bülletenin çap olunması qərara alınıb. Səsvermə bülletenləri çap olunaraq qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına, dairə seçki komissiyalarından isə məntəqə seçki komissiyalarına veriləcək.
Bülletenlərin çapı prosesinin mühafizəsi Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən həyata keçirilir.
AZERTAC
















Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO









