Madrid prinsipləri
Madrid prinsipi ATƏT-in 2009-cu ilin noyabrında İspaniyanın paytaxtı Madriddə keçirilən Nazirlər konfransında ATƏT-in Minsk Qrupunun Həmsədrlərinin Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinə təqdim etdikləri saziş planıdır. Madrid prinsipləri Praqa prosesində bərpa edilmiş və 2006-cı ilin iyununda ictimaiyyətə açıqlanan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün baza prinsiplərinə əsasən irəli sürülmüş sülh təşəbbüsünün davamı hesab edilir. Bu, dövlətlərarası razılaşmalar və sazişlər üzrə baza kimi xidmət göstərən beynəlxalq qanunların əsas sənədi olan ATƏT-in Helsinki Yekun Aktnın tənzimləyici hüquqi müddəalarına əsaslanan 1994-cü il atəşkəs sazişindən sonra münaqişə tərəfləri arasmda sülh danışıqları nəticəsində ortaya çrxan yegana sənəddir. Prinsiplərə “mərhələli paket” sülh təklifi daxildir və orada aşağıdakılar qeyd edilir:
Kəlbəcər rayonu və Ermənistanla Dağlıq Qarabağı birləşdirən strateji Laçm dəhlizi də daxil olmaqla Dağlıq Qarabağa bitişik Azərbaycan torpaqlarından erməni qüvvələrinin mərhələli çıxarılması;
Əvvəllər işğal olunmuş ərazilərin demilitarizasiyası; beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi;
Minalarm təmizlənməsi, yenidənqurma işlərinin görülməsi və münaqişənin təsirini aradan qaldırmaq üçün tədbirlərin görülməsi, məcburi köçkünlərin öz evlərinə qaytarılması prosesinin sürətləndirilməsi;
Bakıdakı mərkəzi Azərbaycan hökuməti ilə birlikdə Dağhq Qarabağ əhalisi arasmda regionun gələcək statusunu müəyyən etmək üçün referendumun keçirilməsi.
Madrid prinsipləri Praqa prosesində bərpa edilmiş və 2006“cı ilin iyununda ictimaiyyətə açıqlanan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün baza prinsiplərinə əsasən irəli sürülmüş sülh təşəbbüsünün davamı hesab edilir.
Prinsiplər Minsk qrupu tərəfindən təqdim edildikdən sonra tərəflər bəzi məqamlarda razılığa gəldilər. Lakin çıxılmaz vəziyyət son məsələdə, yəni Dağlıq Qarabağın yekun statusu ilə bağlı məsələdə yarandı. Azərbaycan tərəfi Dağlıq Qarabağın tamamilə Azərbaycandan ayrılmasına qarşı çıxdı və yalnız yüksək muxtariyyət səviyyəsinin verilməsi ilə razılaşdı. Bununla bağlı, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 24-də prezident kimi ikinci inaqurasiyasında bildirmişdi: “Qarabağ heç bir zaman müstəqil olmayacaqdır. Azərbaycan bunu heç bır zaman tanımayacaqdır. Nə 5 ildə, nə 10 və ya 20 ildə. Heç vaxt.”
Digər tərəfdən, Dağlıq Qarabağ da öz müqəddəratını təyinetmə hüqu- qunu tələb edirdi. Buna görə də, 2008-ci il oktyabrm 27-də Ermənistan Prezidenti Serj Sarkisyan Ermənistan İctimai televiziyasına bildirmişdi:
“Əgər Azərbaycan Prezidenti Dağlıq Qarabağ xalqının öz müqəddəratmı təyinetmə hüququnu tanıyarsa, Dağlıq Qarabağın Erməmstanla quru sərhədi olarsa, beynəlxalq təşkilatlar və aparıcı dövlətlər Dağlıq Qarabağ camaatınm təhlükəsizliyini təmin edərsə, Dağlıq Qarabağ münaqişəsinin həlli mümkündür”.
Madrid prinsipləri çərçivəsində Dağlıq Qarabağm yekun statusu haqqında Azərbaycan və Ermənistanın yuxarıda göstərilən arqumentlərinə gəlincə, Minsk qrupunun həmsədri Bernar Fasiye martın 24-27-də Vyanada keçirilən Azərbaycan-Ermənistan Sülh Forumu zamanı demişdi: “Dağlıq Qarabağın statusu üzrə indi razılığa gəlmək mümkün deyil. Münaqişənin həlli ilə bağlı təklif olunan yolların heç biri, yəni Qarabağın müstəqil dövlət kimi beynəlxalq aləmdə tanmması və onun Azərbaycana geri qaytarılması hazırda qeyri-mümkündür”. Buna görə də, Minsk qrupunun həmsədrləri 2009-cu ildə, Dağlıq Qarabağın yekun statusu ilə bağlı hər iki tərəfin bir tərəfdən Dağlıq Qarabağın öz müqəddəratını təyinetməsi, digər tərəfdən ərazi bütövlüyü arqumentləri arasında silahlı qüvvələrdən istifadə etmədən ağlabatan kompromis təqdim edən prinsiplərinin yenilənmiş versiyasını hazırladı.
Yenilənmiş Madrid prinsipləri
Yenilənmiş Madrid prinsipi 2007-ci ilin noyabrında ATƏT-in Minsk qrupu tərəfindən Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinə təqdim edilmiş Əsas Prinsiplərə əsaslanan sülh təşəbbüslərindən biridir. 10 iyul 2009-cu il İtaliyanın L’aquilla şəhərində Səkkizlər Qrupunun (G8) sammitində ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin prezidentləri: ABŞ prezidenti Barak Obama, Rusiya Federasiyasının sabiq prezidenti Dmitri Medvedyev və Fransa Respublikasınm sabiq prezidenti Nikola Sarkozi damşıqlar prosesinda növbəti addımın vacibliyinə və hərtərəfli sülh müqaviləsinin hazırlanmasma təkan verəcək işləri başa çatdırmağa dair razılıqlarını əks etdirən Dağlıq Qarabağ haqqında Birgə Bəyanat verdilər. Minsk Qrupu həmsədr ölkələrinin prezidentlərinin bu Bəyanatı Minsk Qrupu həmsədrlərinin münaqişə tərəflərinə təklif etdikləri 2007-ci il noyabr tarixli əsl Madrid Prinsiplərində ziddiyyətli məsələ olan ərazi bütövlüyünə qarşı bərabər hüquqluluq və xalqların öz müqəddəratını təyinetmə prinsipləri haqqında Helsinki Yekun Aktına əsaslanan kompromisi əks etdirəcək Madrid Prinsiplərinin yenilənmiş versiyasını hazırlamağa və tətbiq etməyə məcbur edirdi. Bu bəyanat vasitəsi ilə onlar həmçinin Azərbaycan və Ermənistan prezidentlərindən “aralarında olan bir sıra ziddiyyəyləti həll etmələrini və hərtərəfli həll hesab ediləcək Əsas Prinsiplər üzrə razılığa gəlmələrini xahiş edirdilər. Yenilənmiş Madrid prinsipləri aşağıdakılardır:
Dağlıq Qarabağın ətraf ərazilərinin Azərbaycanın nəzarətinə, qaytarılması;
Dağlıq Qarabağa təhlükəsizlik və özünüidarə, hüququnu təmin edən müvəqqəti statusun verilməsi;
Dağlıq Qarabağla Ermənistanı birləşdirən dəhliz;
İradənin hüquqi yolla ifadə edilməsi ilə Dağlıq Qarabağın yekun hüqu- qi statusunun gələcəkdə müəyyən edilməsi;
Bütün məcburi köçkünlərin və qaçqınlarən öz keçmiş yaşayış yerlərinə qayıtmaq hüququ;
Sülhməramlı əməliyyatların daxil olduğu beynalxalq təhlükəsizlik zəmanəti
Azadlıq Radiosunun (Radio Liberty) məlumatına əsasan, Yenilənmiş Madrid prinsipi və orijinal versiyası arasında fərq cüzi olsa da, münaqişə tərəfləri üçün əhəmiyyətli idi. Orijinal Madrid prinsipləri Ermənistan silahlı qüvvələrininin Azərbaycanın işğal olunmuş ərazilərdən mərhələli çıxarılmasına sövq edirdisə, yeni versiyada mərhələli termini yoxdur. Eyni zamanda orijinal versiyada Dağlıq Qarabağın yekun statusunun referendum yolu ilə təyin edilməsi göstərilirdisə, Yenilənmiş Madrid prinsiplərinə əsasən yekun status iradənin hüquqi yolla ifadə edilməsi ilə ediləcəkdir. ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinin birgə bəyanatına görə, tərəflərin bu prinsipləri təsdiq etməsi gələcəkdə regional sülh, sabitlik və tərəqqi yaratmaq üçün tam həll variantını hazırlamaq imkanı veirir. Münaqişə tərəflərinin prezident və nazirlər səviyyəsində müxtəlif görüşlər keçirməsinə baxmayaraq, 2009 ildə Yenilənmiş Madrid prinsiplərinin dərc edilməsindən sonra tərəflər hələ də ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə hüququ üzrə öz mövqelərində israr edir və münaqişənin həllində heç bir irəliləyiş əldə edilməmişdir. İyirmi ildə ATƏT-in Minsk qrupunun vasitəçilik səyləri tərəflər arasında hərbi əməliyyatların bərpa edilməsinin qarşısını almaqda köməklik göstərmiş, lakin münaqişənin həlli ilə bağlı onları kompromisə gətirməkdə uğursuz olmuşdur.
Mənbə: B. Dədəyev, C. Mahmudlu, Ş. Əbilov “Qarabağ 99 sualda” (Bakı 2014) kitabından səh. 258-260