Masallı rayonu 40,3 faiz səs toplayaraq 2020-ci ilin “Gənclər Paytaxtı” seçilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səsvermədə Azərbaycanın 16 şəhər və rayonu iştirak edib. Builki səsvermə iki region Masallı və Lənkəran arasında gedən gərgin mübarizə ilə yadda qalıb. Belə ki, sesvermənin davam etdiyi yeddi gün ərzində Lənkəran rayonu ön sıralarda yer almaq üçün mübarizə aparıb. Lakin səsvermənin ilk günlərində Masallı rayonu birinci sıraya yüksəlib və sonadək liderlik mövqeyini əldən verməyib. Nəticədə 40,3 faiz səs toplayan Masallı Lənkəran rayonunu (23,4 faiz) geridə qoyaraq “Gənclər Paytaxtı 2020” adına layiq görülüb.
Xatırladaq ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 2012-ci ildən “Gənclər Paytaxtı” internet müsabiqəsi uğurla davam edir. Bu layihə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına müvafiq olaraq müsabiqə yolu ilə həyata keçirilir. Dövlət Proqramının əhatə etdiyi dövrdə hər il ölkənin bir rayon və ya şəhəri Azərbaycanın “Gənclər Paytaxtı” elan edilir. Bu il yanvarın 24-dən start götürmüş müsabiqə yanvarın 30-da başa çatıb.
Hər il olduğu kimi, bu il də səsvermə www.genclerpaytaxti.az saytı vasitəsilə həyata keçirilib. Ümumilikdə sayta 3 milyon 602 min 395 nəfər daxil olub ki, onlardan da 90 min 849 nəfəri bu ilin payına düşür.
Hər il “Gənclər Paytaxtı” müsabiqəsinin qalibi olmuş şəhərin və ya rayonun adı Gənclər və İdman Nazirliyinin təşkilatçılığı 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə keçirilən tədbirdə rəsmi qaydada açıqlanır və paytaxtın “Rəmzi açarı” şəhərin rəsmi nümayəndəsinə təqdim olunur.
















Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib
Prezident İlham Əliyev Düşənbədə MDB dövlət başçılarının qeyri-rəsmi şam yeməyində iştirak edib VİDEO









