Aprelin 7-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələri Zəngilan rayonuna səfər ediblər.
AZƏRTAC xəbər verir ki, səfərin məqsədi işğal dövründə Zəngilan rayonu ərazisində məhv edilmiş meşə sahələrinə, xüsusi mühafizə olunan təbiət ərazilərinə, istismar edilmiş mineral xammal yatağına, rayonun hidroqrafiyasına və digər təbii sərvətlərə baxış keçirilməsidir.
Kütləvi informasiya nümayəndələri əvvəlcə Zəngilan şəhərinin girişində, meşə fondunda terras üsulu ilə salınmış meşə sahəsinə baxış keçirəcək və ərazidə ağaclar əkəcəklər.
Sonra Zəngilan rayonunun Vənədli kəndi yaxınlığında qiymətli Araz palıdı meşə sahəsinə, Sarıqışlaq kəndi yaxınlığında yerləşən “Zəngilan əhəng xammalı yatağı”na, Ördəkli kəndində yerləşən Bəsitçay Dövlət Təbiət Qoruğunun ərazisinə baxış keçirəcəklər.
















Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO









