Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib.
AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir: “Faşizm üzərində Qələbənin 79-cu ildönümü münasibətilə bütün veteranlarımızı təbrik edirəm! Hər birinizə möhkəm cansağlığı, Vətənimizə – sülh və əmin-amanlıq arzulayıram!
Mehriban Əliyeva
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti”.