Milli mətbuatımızda 1918-ci il 31 mart soyqırımı (1918-1920-ci illər) Ermənilər soyqırım siyasətini tarixən tək insan resurslarını məhv etmək üzərində həyata keçirmir, Azərbaycan xalqının milli təsisatlarını, milli mətbuat orqanlarını sıradan çıxarıb, yararsız hala salmaq və bununla da törətdikləri qanlı olayların tarixdə yaşamamasına nail olmaq planları əsasında qururdu.
1918-ci ilin mart ayının 31-dən aprelin 2-dək Bakıda, Şamaxıda, İrəvanda, Qubada, Lənkəranda, Astarada, Salyanda, Neftçalada və digər bölgələrdə ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri kütləvi soyqırım zamanı tək on minlərlə insan qətlə yetirilmədi, milli mətbu orqanlarımız, mətbəələr, konkret jumalistlər də hədəfə alındı. “Açıq söz”, “Kaspi” redaksiyaları yandırıldı. Almaniyadan gətirilən çap avadanlıqları ilə təchiz olunan Orucov qardaşlarının elektrik mətbəəsi dağıdıldı. “Kaspi” mətbəəsində yenicə çap olunan 5 min Quran kitabı oda qalandı.
Milli məfkurə məbədi olan “İsmailiyyə” binası yandırıldı, Təzə pir məscidinin minarəsi top atəşi ilə dağıdıldı. Həmin hadisələri gözləri ilə görən, “Kaspi” qəzetində mürəttib kimi çalışmış, əslən Maştağadan olan Seyidağa Axundzadə yazır ki, “İsmailiyyə” binasına od vuran “Daşnakstyun” firqəsi silahlıları sonra qəzet redaksiyalarına hücum etdilər.
“Azərbaycan” qəzetində 1919-cu ildə çap edilən 31 mart soyqırımı ilə bağlı fotoşəkillərdən biri “Kaspi” qəzeti redaksiyasının yandırılmasından sonrakı vəziyyəti təsvir edilir.
Daşnaksütyun Partiyası tərəfindən 1917-ci ildə planlaşdırılan, bolşeviklərlə birgə həyata keçirilən 31 mart qırğını Azərbaycan xalqının millimənəvi dəyərlərinə, tarixi yaddaşına, ziyalılarına qarşı mənəvi soyqırım idi. Azərbaycan xalqının mədəniyyətinə vurulan bu ağır yaraları o dövrün qələm sahibləri “mədəni zərbə” adlandırırdılar.
1918-ci ilin mart soyqırımınadək Azərbaycanda 20-dən artıq anadilli mətbu orqan fəaliyyət göstərməyinə baxmayaraq, qətliamdan sonra yalnız “Hümmət” və “Bakı Şurasının əxbarı” qəzetlərindən başqa digər milli mətbuat nümunələrinin nəşri qadağan olundu.
“Açıq söz”, “Bəsirət”, “İstiqlal”, “El həyatı” və başqa ana dilli qəzetlərin son sayları soyqırımdan bir gün əvvələ, martın 17-si və 18-nə təsadüf edir. Bakı Sovetinin sədri Şaumyanın əmri və Mətbuat bürosunun qərarı ilə “mart hadisələrinə düzgün qiymət vermədiklərinə və vahid sosialist cəbhəsində dayanmadıqlarına” görə, hətta rusdilli qəzetlər belə bağlanıldı. “Kaspi”, “Bakı”, “Bakinets”, “Vesti Baku” menşeviklərin “Naş qolos” qəzetlərinin nəşri dayandırıldı, bəyanatların, əhaliyə müraciətlərin çapı qadağan olundu.
Tiflisdə nəşr olunan anadilli mətbuat orqanlarını çıxmaq şərtilə Azərbaycan milli demokratik mətbuatı 1918-ci ilin martından sentyabrın 15-i, Bakının işğaldan azad olunduğu günə qədər özünün iflic dövrünü yaşadı.
V.İ.Lenin tərəfindən Qafqaza fövqəladə komissar kimi göndərilən Şaumyanın rəhbərliyi ilə hələ 1918-ci ilin yanvar ayından başlayaraq Azərbaycan xalqına qarşı terror və qətliamlar planlaşdırıldığını anlayan milli mətbuat orqanları bu barədə xalqı məlumatlandırır, onlara özünü müdafiə hissi aşlayırdılar. “Açıq söz”, “İttihad”, “İstiqlal” kimi qəzetlərdə “Birlik tələb olunur”, “Birləşəlim”, “İttifaq edəlim”, “İttihad gərək” çağırışları qəzetin əsas sütunlarında dərc olunurdu.
S.İbrahim “Açıq söz” qəzetində bolşeviklərin və Daşnaksütyun Partiyasının, Erməni Milli Şurasının silahlı hərbi birləşmələrinin xalqımıza qarşı planlaşdırdığı faciəvi hadisələri “Milli fəlakət” kimi dəyərləndirərək xalqı xəbərdar edirdi: “Müsəlman partiyaları da xalqı milli fəlakətdən xilas etmək xatirinə birləşməyə borcludurlar… Dəhşətli saət gəliyor, birləşəlim!” S.İbrahim bu xəbərdarlığı qətliamdan 3 gün əvvəl etmişdi.
I Dünya Müharibəsindən Qafqaz cəbhəsindən geri çəkilən və Bakıda qərarlaşan 6 minə yaxın silahlı əsgər və zabit bolşeviklərin sərəncamında idi. Daşnaksütyun Partiyasının 4 minə yaxın hərbi qüvvəsi də Şaumyanın əvvəlcədən hazırladığı plan əsasında milli qırğında istifadə üçün hazırlanmışdı. “Bakinskiy raboçiy”, “İzvestiya raboçix Sovetov deputatov” qəzetlərində Şaumyan bu qədər hərbi qüvvəyə sahib olduqlarını açıq söyləyirdi. “Hümmət” partiyasının sədri, doktor Nəriman Nərimanov xalqımızı bolşevik-daşnak birləşmələrinin qırğınından qorumaq üçün martın 18-də saat 12 radələrində öz evində toplantı keçirdi.
Bakıda ictimai-siyasi, sosial-psixoloji durumun partlayış həddinə çatdığını görüb, S.Şaumyanı qırğın planından çəkindirmək üçün onu Bakı ağsaqqalları, “Hümmət” Partiyasının üzvləri və Müsəlman Milli Şurası nümayəndələri ilə görüşdürdü. Doktor üzünü S.Şaumyana tutub dedi: “Yoldaş! Siz də, mən də müsəlmanların halını bilirik. Hərgah bir iğtişaş başlansa, ayaq altında qalan fəqir-fuqəra olacaqdır. Ona görə Sizdən təvəqqe edirəm, sizə yalvarıram, bu işi sülh yolu ilə qutarınız”. “Yevlena” gəmisində öz əsgər yoldaşları Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmmədin dəfnindən sonra Lənkərana qayıdan “Dikaya diviziya”nın 48 nəfər heyətinin alınan silahlarını geri qaytaracağı vədini verən Şaumyan əvvəlcədən planlaşdırdığı qırğını həyata keçirmək üçün sözünün üstündə durmadı. “Hümmət” qəzeti bu barədə yazır: “Atəşin necə və kimin tərəfindən başlanıldığını müsəlman vəkilləri bilir”. “Dikaya diviziya” əsgərlərinin silahlarının qaytarılması əvəzində müsəlmanlara qarşı hərbi əməliyyatlara hazırlaşanlar martın 18-də (təzə təqvimlə martın 31-də) axşam qanlı olayların icrasına başladılar: “Saat 5-də müsavatçılar İcraiyyə komitəsində silahların qaytarılmasını gözləyirdilər. Bu halda xəbər yetişir ki, Şamaxı caddəsində müsəlmanlara hücum edib onları öldürürlər”.
Qırğınları icra edən isə Styopka Lalayevin erməni dəstəsi idi. Həmin gün axşam saat 7-də bir neçə azərbaycanlı qətlə yetirildi və sonra qətliamlar şəhərin müsəlmanlar yaşayan hissəsinə keçirildi, əhali Mars teatrının damında yerləşdirilən pulemyotlardan atəşə tutuldu. Artıq saat 10-da məlum oldu ki, mərkəzi küçələr işğal edilib, şəhərin aşağı hissəsi ilə əlaqə kəsilib. 3 gün ərzində Bakı qan gölünə çevrildi. Uşaq, qoca, qadın bilmədən qarşılarına keçənləri qətlə yetirən bolşevik-daşnak birləşmələri bəzən insanları diri-diri alovlanan evlərin içinə atırdılar. Küçələr, evlər parçalanmış qadın, qoca, uşaq cəsədləri ilə dolu idi. Qaçıb canını qurtarmaq istəyənlərin evləri, varidatları talan edilirdi.
Bakı əhalisinin 3 gün aramsız qətlini gözləri ilə görüb bu barədə kitab yazan Seyidağa Axundzadə qeyd edir ki, şəhəri bürüyən tüstüdən qırğının miqyasını təyin etmək olardı: “Daşnak firqəsi əllərinə düşən müsəlman övrət və uşaqlarından heç bir zülmü əsirgəməyib insanlara yarasınayan böylə qəbahətlərin icrasına qədər varmışlar”. Hamilə övrətlərin bətnində olan məsum səbilləri (uşaqları) belə çıxarıb tüfəng cüdalarına taxmışlar. Pojarnı komanda tərəfidən vaqe bir məscidin divarlarında neçə uşağın mıxlandıqlarını sonra görmüşlər və o tərəfdə yaşayan müsəlmanların həyatına birdəfəlik qələm çəkmişlər”.
İnsanların kütləvi qırğına məruz qalmasını, erməni vəhşətlərini gözü ilə görən Məhəmməd adlı bir şəxs “Azərbaycan” qəzetində “Saralmaz yaralarımız” sərlövhəli məqalədə yazırdı: “Küçələr meyitlərlə dolmuşdu. Quba meydanından (indiki Füzuli meydanı nəzərdə tutulur – A.A) Nikolayevski hazırkı “İstiqlaliyyət” küçəsi) caddəsinə qədər bazar tamam yandırıldı. Uşaq, böyük, arvad, kişi – heç kəsə fərq qoyulmadan hamısını qətl edirdilər. Müsəlmanların ev, dükan və mağazaları yandırılmışdı. Bir müsəlman həyətinə daxil olub burada 30-dan 40-a qədər uşaq, arvad, kişi cənazələrini gördüm. Müsəlmanlarm tələfatı, yalnız qətl edilənlər 5-6 minə qədərdir”.
Bu qanlı olayları öz səhifələrinə köçürən milli mətbuat orqanlarımız soyqırımın təfərrüatına vararaq yazır: “Bütün vəhşət və zalımlıqları sayıbqurtarmaq olmaz. Bunu bilirəm ki, bolşeviklərin öz hesabına görə, 8 min islam qırılmışdı. Bu yalandır. Çünki onlar ətrafda, kəndlərdə qırılanları hesaba daxil etmirlər”. Nəinki Bakının mərkəzində, keçidlərdə yaşayan əhali də kütləvi qırğınla üzləşdi. Nəvai kəndinin tamamən yerlə-yeksan olduğu, əhalisinin məhv edildiyi barəsində də mətbuatda məlumat dərc edilib. İnsanları qətlə yetirdikdən sonra neft və su quyularına atılması da erməni vəhşiliyinin bariz nümunəsi idi. Xəstəxanada yatan bir yaralı jurnalistə öz başına gələnləri nəql edərək söyləyir ki, 9 nəfər araba ilə gedən zaman yolda erməni silahlılarına rast gəlirlər: “Yolda bir neft quyusunun yanında bizi saxladılar. 5 şəhərlini diri-diri quyuya tullayıb bizi də gülləbaran etdilər. Mənim 3 yoldaşım öldü. Mən isə yaralandım. Ermənilər gedəndən sonra mən sürünə-sürünə dəhşətli yerdən uzaqlaşdım. Yolda bir həmişəri mənı saxlayıb xəstəxanaya apardı”. Hadisələr səngiyəndən sonra yalnız martın 25-də “Vulkan cəmiyyətinin köhnə yanalma körpüsünə 6748 meyit gətirilmişdi.
“Azərbaycan” qəzeti 1919-cu ilin martın 31-də 147-ci sayında “Mart hadiseyi-ələməsinin müxtəsər tarixçəsi” sərlövhəli məqaləsində Şaumyan, Saakyan və Arekyanın rəhbərlik etdikləri dəstənin Bakıdan öncə Şamaxıda qırğınlar törətdiklərini və bu xəbərin Bakıda təşviş yaratdığını yazır: “Martın 16-da xəbər gəldi ki, bolşevik soldatları Şamaxıya hərəkət edərək intizamsızlıq salıb, yolda qabaqlarına gələn müsəlman kəndlərini o cümlədən Ağdərə, Novxanlı, Qarxunlu kəndlərini qarət edib müsəlmanları qırırlar”.
Martın 17-də Bakıya xəbər çatır ki Şamaxıda müsəlman qırğınını bolşeviklərlə yanaşı ermənilər təşkil edib. “Hümmət”in “Şamaxı əhvalı” sərlövhəli məqaləsində qeyd olunur ki, 17 yaşından 50 yaşınadək olan Şamaxı erməniləri bolşeviklərin Qırmızı ordusunun tərkibinə qatılmışdırlar. Vəziyətin acınacaqlı olduğunu qəzet bu şəkildə təsvir edir: “Şamaxı şəhəri bütünlüklə yanıb”. Milli mətbuatımızda Bakıda törədilən qırğınlarla yanaşı, Şamaxıda 7 mindən çox müsəlmanın qətlə yetirilməsinə diqqət yönəldilib, kəndlərində ermənilərin törətdikləri vəhşiliklər qələmə alınıb.
“Azərbaycan” qəzeti Şamaxı qırğınında iştirak edən bolşevik-erməni silahlı birləşmələrinin sayını da göstərir: “Şamaxı mahalına bir qitə göndərilib, əhalı məhv edilir. 4 min əsgərin yüzdə səksəni erməni olub”. Bakı və ətraf bölgələrdə törədilən soyqırımın sinfi deyil, milli qırğın olduğunu, minlərlə insanın qətlə yetirildiyini görən N.Nərimanov Şaumyana və Çaparidzeyə sərt ittiham dolu məktub göndərdi: “Siyasi mübarizə axırda milli mübarizə yolu alıbdır. Bu halət Şura hökumətinə ləkə salıb onu qara örtük ilə bürüyür. Hərgah siz bu yavuq vaxtda bu qara örtüyü cınb, bu ləkəni təmizləməsəniz, bolşevik fikri və Şura hökuməti burada davam edə bilməyəcəkdir”.
Top-tüfənglə qurulan hakimiyyətin ömrünün çox qısa olacağını yazan N.Nərimanovun uzaqgörənliklə söylədiyi fikir çox keçmədi ki, özünün təsdiqini tapdı. Tiflisdə noyabrın 12-də yalnız bir sayı işıq üzü görən “Qardaş qayğısı” qəzeti bütövlükdə Şamaxı və Bakıda ermənilərin törətdikləri qırğınlara həsr olunub. Böyük formatda, iki səhifəsi ərəb qrafikalı Azərbaycan əlifbasında, iki səhifəsi rusca nəşr olunan qəzet “Turan” Gənclər Təşkilatı tərəfindən xeyriyyə məqsədi üçün nəşr edilib. Qəzet erməni bandalarının Bakıda, İrəvanda, Şamaxıda törətdikləri qeyri-insani hərəkətləri, vəhşilikləri emosiyasız təsvir edə bilmir; “Xunxan erməni bandaları müsəlmanların izzəti-namusuna toxunub 12 yaşında qız uşaqlarını dizlərinin üstünə mindirib, namusuna təcavüz etdikdə təsəlliyat olurlar idi. Şamaxıda 400-dən ziyadə qoca islam ailələrini məscid həyətinə yığıb siyirmə xəncər bunların üstünə düşüb vay həsrəta ilə doğramışlar”.
Azərbaycanlılara qarşı bütün vəhşi üsullardan istifadə edən ermənibolşevik birləşmələri Şamaxının ən qədim tarixə malik məscidini yandırmışlar. “Azərbaycan” qəzeti yanmış məscidin şəklini öz səhifələrində dərc etməklə tarixdə ermənilərin xalqımızın milli-mənəvi dəyərlərinə qarşı oynadıqları rolu bir növ faktlaşdırıb, bu günümüzə çatdırmışdı. Şamaxının yalnız xarabalıqlarının qaldığını yazan milli mətbu nümunələrimiz sağ qalan insanların yaşayışını bu cür təsvir edir: “Biçarə şamaxılılar, öz isti ocaqlarını buraxıb yağış-yağmurun altında bu səhraları ataoğlunu, ana qızını gözlərinin yaşını tökə-tökə axtarırlardı”. Şamaxıdan didərgin düşən, Bakıya və ətraf bölgələrə sığınanların siyahısı 1918-ci ilin iyununda “Hümmət” qəzetinin 6 nömrəsində “Şamaxı qaçqmlarının siyahısı” adı altında çap etmişdir.
Şamaxı qəzasında 80-ə yaxın müsəlman kəndi yerlə-yeksan olunmuş, 8 əsr yaşı olan Cümə məscidi yandırılmışdı. Bu bölgədə törədilən qanlı olaylarla bağlı Azərbaycan Xalq Cümhuriyyətinin yaratdığı föaqəladə təhqiqat komissiyasının sədri Ələkbər bəy Xasməmmədov “Çağırış” məqaləsində bu barədə geniş məlumat verir. “Zaqafqaziya tarixçəsinin qanlı səhifələri”nə toxunan “Qardaş qayğısı” qəzeti İrəvan quberniyasında 42 kəndin viran olduğunu yazır. Həmçinin İrəvanda 199 kəndin yerlə-yeksan olunduğunu, müsəlman yurduna ermənilərin koçürüldüyü də bu mətbu orqanda əksini tapan mühüm faktlardandır. Ermənilərin Bakıda, Şamaxıda törətdikləri soyqırım aktları sırasına ziyahların məhvi planları da daxil idi.
Bu barədə 1918-ci ilin martından sentyabra kimi Bakıda olan M.Ə.Əfəndinin Tiflisdə “Qardaş qayğısı”nın müxbirinə verdiyi açıqlamada bu barədə kifayət qədər məlumatlar var. M.Ə.Əfəndi söyləyir ki, Bakını bürüyən qətllər zamanı ennənilər evbəev gəzib müsəlmanları yığırdılar və naməlum bir yerə aparırdılar: “Çox vaxt aparılan ziyalı, oxumuş müsəlmanların meyitlərini tapmaq olurdu. Fəqət, çox vaxtda olurdu ki, heç bir əsər də əldə etmək mümkün olmayırdı”. Şahid misallar da çəkirdi: “İki doktor Kərim bəy, Balabəy Sultanovlar heç tapılmadı. O cümlədən T.V.Qulubəyov da itdi. Meyitaxtaran bir dəstə bir quyuya rast gəlir. Quyunun yanında hasar içində çoxlu müsəlman arvad, uşaq meyiti var imiş. İkinci bir dəstə, bir quyuya rast gəlirlər ki, bərk boğucu iyi çıxırmış. Bir nəfəri quyuya salırlar. Fəqət o tez çıxarılmasını rica edir. Zira, durmaq mümkün deyilmiş. Ancaq özü ilə bir cib dəftəri gətirmiş idi. Yazılardan məlum olmuşdur ki, bu dəftər H.Cəfərovun xidmətçisi Tahirovundur”.
Ermənilərin Şamaxıya hücumu zamanı evinə od vurulmuş Azərbaycanın böyük mütəfəkkiri, milli şair Abbas Səhhət şəhəri tərk edib Gəncə istiqamətinə qaçan zaman erməni hərbçiləri tərəfindən qarət olunmuş, mənəvi-psixoloji sarsıntı keçirmiş, az sonra Gəncədə vəfat etmişdi. Bu barədə o dövrün mətbuat səhifələrində məlumatlar var: “İslam aləmi Abbas Səhhət kimi böyük ədibi bu bandalara qurban vermişdir. Bununla böylə bir neçə doktorlar, cavan-qoca alimlər qətl olunmuşlar”. A.Səhhətin ermənilər tərəfindən qarət olunması, ağır psixoloji sarsıntı keçirməsi və bu səbəbdən vəfatı barədə “Azərbaycan” qəzetinin 13 noyabr, 1918-ci il tarixi sayında da məlumat verilir. Azərğaycan mətbuat tarixində bir sıra solyönümlü qəzetlərin əməkdaşı, həmçinin “Tuti” məzhəkə jurnalının təsisçisi və redaktoru olan Cəfər Bünyadzadə də ermənilərin törətdiyi qətliamın qurbanıdır. Onun qətlinə səbəb bolşevik cildinə girən ermənilərin Bakı və ətraf kəndlərdə törətdikləri vəhşiliklərə etiraz etməsi və mətbuatda bununla bağlı məqalələr yazması idi. C.Bünyadzanin qardaşı Dadaş Bünyadzadə ona başsağlığı verənlərə etdiyi minnətdarlıq məktubunda bildirirdi: “Bir il bundan əqdəm “Tuti” məzhəkə jurnalının müdiri, baradərim Cəfər Bünyadzadənin erməni daşnaksütyunları tərəfindən qətl olunduğunu eşidib-bilən yoldaşların Həştərxandan qayıtdıqdan sonra təəssüf məktubları almaqdayam. Bu teleqram və məlumatlar çox olduğundan, ayrı-ayrı cavab vermək mümkün olmadığına görə, məktub və teleqram göndərmiş yoldaş və vətəndaşlara təşəkkürümü izhar edirəm”. Müsəlman Milli Şurasının sədri Əlimərdan bəy Topçubaşov da ermənilərin hədəf aldığı ziyalılardan idi. Bakı qırğınından sonra onu həbs edib, aradan götürmək istəyirdilər. Şaumyanın tapşırığına əsasən həbs olunan Ə.Topçubaşovun azad olunması üçün Nəriman Nərimanov böyük səy göstərdi, danışıqlar apardı. Sonda onu həbsxanadan buraxdırdı. “Hümmət” qəzeti Bakı ziyahları arasında nüfuz sahibi İbrahim bəy Heydərovun da doktor N.Nərimanovun səyi ilə azad olunacağını xəbər verirdi…
A.Aşırlı “1918-ci ilin mart soyqırımı 1918-1920-ci illər mətbuatında”, Bakı, 2011, s.5-10