
Vətən müharibəsindən sonra Azərbaycanda müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyasının sülhməramlı kontingentinin ölkəmizin ərazisindən çıxarılması prosesi iyunun 12-də başa çatıb.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, sülhməramlı kontingentin şəxsi heyəti, silah və texnikası ərazimizi tam tərk edib.