“Ötən ilin noyabrın 12-də Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistana məxsus döyüş helikopterin məhv edilməsi ilə bağlı Seyran Ohanyanın etirafı bir daha təsdiq edir ki, bu aviasiya vasitəsi Ermənistanın Hərbi Hava Qüvvələrinə aid olub”.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Nazirlikdən bildirilib ki, S.Ohanyan insidentlə bağlı səlahiyyətli şəxslərin cəzalandırıldığını, vəzifələrindən azad edilənlərin olduğunu, o cümlədən helikopterin müəyyən olunmuş kursdan kənara çıxdığını etiraf etməklə hadisədən dərhal sonra guya helikopterin Ermənistana deyil, işğalçı rejimə aid olması ilə bağlı səsləndirilən fikirləri tamam alt-üst edib.
“Ermənistan müdafiə nazirinin bu bəyanatı Azərbaycan tərəfinin helikopterin hansı ölkəyə mənsub olması, kimlər tərəfindən idarə edilməsi və Silahlı Qüvvələrimizin mövqelərinə hücum etməsi ilə bağlı verilən xəbərin doğruluğunu bir daha təsdiq edir”, – deyə nazirlikdən qeyd olunub.
















Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO
Prezident İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edib









