Erməni KİV-in cəbhədə atəşkəs rejiminin pozulması zamanı Azərbaycan Silahlı Qüvvələrinin guya 3 hərbi qulluqçu itirməsi barədə bu gün yaydıqları məlumat yalandır.
Bu barədə APA-ya AzərbaycanMüdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Nazirlik bəyan edib ki, atəşkəs pozulması zamanı ermənilərin Azərbaycan Ordusunun 3 hərbi qulluqçusu, o cümlədən «unter-zabit» Eldar Məmmədov adlı şəxsi məhv etmələri barədə yaydıqları məlumat dezinformasiya xarakteri daşıyır.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrində unter-zabit rütbəsi mövcud deyil.