Nazirliyin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumatların heç bir əsası yoxdur və yalandır: “Hazırda bu istiqamətdə vəziyyət sabitdir və stabildir. Əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır”.
Qeyd edək ki, bu gün bəzi KİV-də Naxçıvanın Sədərək, Culfa və Şahbuz rayonlarında ermənilərlə şiddətli döyüşlər getməsi barədə məlumatlar yayılıb. Həmin məlumatlarda ermənilər Culfanın Ləkətağ yüksəkliyini ələ keçirdiyi qeyd olunur.