– Şou-biznesin öz qaydaları var. Və bu qaydalar bəzən qaydasız döyüşün şərtlərini xatırladır. Hər halda belə deyirlər. Bu doğrudan da belədir?
Əlbəttə ki, bu belədir, hər kəs özünə sərf edən qaydaları qoyur, əgər sərf etməsə görməzdən gəlir və yaxud heç kəs qayda ilə getmir, əksinə qaydaları pozmaqla məşğuldur.
PRODÜSER MÜĞƏNNİYƏ PUL BURAXAN ŞƏXSDİR
– Müğənninin şəxsi meneceri. Bu nə deməkdir?
– Şəxsi menecer yox, yalnız menecer var, müğənninin güvənə biləcəyi sağ əl. Əslində menecer və prodüser sözlərini qarışdırırlar. Produser istehsalçi deməkdir. Prodüser müğənniyə pul buraxan şəxsdir, yəni bunu düzgün başa düşməyə bilərlər.
– Şou-biznes aləmində işğal altında olan torpaqlarımızın qaytarılması imkanlarının müzakirə edilməsi halına təsadüf etmisinizmi?
– Çox təəssüflər olsun ki, şou-biznesdə ancaq kim nə qədər qazandı, kim hansı toya getdi, kim kiminlə düşmənçilik edir və s. danışılır. Ancaq biz cox zaman dövlət tədbirlərində iştirak etdiyimizə görə ürək ağrısı ilə müzakirə edirik və
ümid edirik ki, tezliklə torpaqlarımız qaytarılacaq və gözəl konsertləri Qarabağda keçirəcəyik inşallah.
OĞURLUQ ONLARIN CANLARINDA VƏ QANLARINDADIR
Erməni şou-biznesindən xəbəriniz varmı? İnternet əsridir, bəlkə rastınıza keçib işğalçı dövlətin sənətçilərinin yaradıcılığı haqqında məlumatlar?
– Erməni şou-biznesindən xəbərim yoxdu, heç bir dəfə də olsun marağında olmamışam. Erməni mənim yaddaşımda, mənim ağlımda işğalçı dövlət və düşmənim olaraq qalıb. Amma neyləmək olar ki, zaman-zaman xalq mahnılarımızı, klassik bəstəkar mahnılarımızı, “Sarı gəlin”i, “Dəli ceyran”ı, “Vağzalı”nı, “Uzundərə”ni, “Yallı”nı, milli çalğı alətlərimizi, tar, kamança, balaban, tütək və sairəni, milli xörəklərimizi oğurlayıb mənimsəyiblər və hələ də mənimsəməkdədirlər. Oğurluq onların canlarında və qanlarındadır. Müəllif Hüquqları Agentliyi bununla ciddi məşğul olmalıdır, Azərbaycan musiqisini dünyaya tanıtmaq lazımdır və güclü təbliğat olmalıdır.
– Sağ olun.
– Mən də sizə təşəkkür edirəm.
1905.az