
Mülki müdafiə qoşunları tərəfindən Bakı, Gəncə və Şirvan şəhərləri, Quba, Qəbələ və Lənkəran rayonlarını əhatə etməklə “Əhalinin və ərazilərin fövqəladə hallardan mühafizəsi və xilasetmə əməliyyatları zamanı hərbi hissələrin idarəolunması” mövzusunda onlayn masaüstü birgə qərargah məşqi keçirilib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, məşqin əsas məqsədi baş verə biləcək irimiqyaslı fövqəladə hadisələr zamanı mülki müdafiə qoşunlarının tabeliyində olan hərbi hissələrin kоmandir-rəis heyətinin fövqəladə hal zamanı yaranmış vəziyyətin qiymətləndirilməsi, təkliflərin hazırlanması, müvafiq qərarların qəbul edilməsi, idarəetmə və qarşılıqlı fəaliyyətin təşkili üzrə təcrübələrinin daha da artırılması olub.
Üç mərhələdə keçirilən qərargah məşqinin birinci mərhələsində real vaxt rejimində qüvvə və vasitələrin hazırlıq dərəcələrinə gətirilməsi, bu zaman komandir-rəis heyətinin fəaliyyəti, şərti fövqəladə hadisə zonasına əsas qüvvələrin yürüşünün təşkili, yürüş kolonunun və cəmləşmə rayonunda yerləşmə zamanı bütün növ xidmətlərin birgə fəaliyyəti təşkil olunub.
Məşqin ikinci mərhələsində “fövqəladə hadisə zonası”nda qəza-xilasetmə işləri ilə bağlı əməliyyat qərargahının fəaliyyətinin təşkili, idarəetmə üzrə sənədlərin işlənilməsi, qərar qəbulеtmə prosesində komandir-rəis heyətinin fəaliyyəti, yaranmış vəziyyət barədə məlumatların toplanması, təhlili, qiymətləndirilməsi, tapşırıqların dəqiqləşdirilməsi və müvafiq əmrlərin verilməsi, “fövqəladə hadisə zonası”nda qüvvə və vasitələrin fəaliyyəti, qarşılıqlı fəaliyyət və hərtərəfli təminatının təşkili, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili yerinə yetirilib.
Məşqin üçüncü mərhələsində nazirliyin regionda yerləşən qüvvə və vasitələrinin “fövqəladə hadisə zonası”nda qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması ilə əlaqədar məruzələr dinlənilib, müzakirələr aparılıb.
Uğurla keçən qərargah məşqində qarşıya qoyulmuş məqsədlərə nail olunub.
















Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO
Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri ilə bağlı paylaşım edib VİDEO
Azərbaycan Prezidenti Fransanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib VİDEO
Prezident İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib VIDEO









