30 il ərzində 9 su anbarı, 1200 km suvarma kanalları dağıdılıb.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin müşaviri Çingiz Abdullayev “Qarabağ bölgəsində su və kanalizasiya infrastrukturunun yenidən qurulması” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, işğal altında olan su anbarlarının sayı 9, su tutarlarının sayı 7 olub.
“İşğal dövründə Ermənistan tərəfindən Azərbaycanın su infrastrukturuna ciddi ziyan vurulub. Ermənistan tərəfindən su hövzələri çirkləndirilib, su ehtiyatlarından siyasi təzyiq vasitəsi kimi istifadə edilib.
Azərbaycan dəfələrlə bu məsələlərlə bağlı beynəlxalq təşkilatlara müraciət etsə də, işğalçı dövlət buna məhəl qoymayıb. Artıq işğaldan azad edilən ərazilərdə su infrastrukturunun bərpası istiqamətində işlər görülür. Belə ki, 2023-cü ildə Laçın şəhərinin yeni içməli və tullantı su şəbəkələri istismara verilib, Füzuli şəhərində yeni layihənin icrasına başlanılıb. Şuşa şəhərinin içməli su təminatında dayanıqlığın artırılması məqsədilə Zarıslıçay nasos stansiyasının və mərkəzi su anbarının inşası başa çatıb”, – deyə Çingiz Abdullayev əlavə edib.
















Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər VIDEO
Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO









