Suallarımızı AMEA-nın Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Natiq Məmmədzadə cavablandırdı.
– Natiq müəllim, Azərbaycan Xalq Cümhuriyyətinin apardığı iqtisadi siyasətin mahiyyəti nədən ibarət idi?
– Əslində bu dərin, geniş bir sualdır. Bu sualı cavablandırmaq üçün ilk növbədə Cümhuriyyətin elan olunduğu dövrdəki siyasi-iqtisadi şəraitə nəzər salmaq lazımdır. Birinci Dünya müharibəsi yekunlaşmaqda idi, Rusiyada böyük siyasi-inqilabi sarsıntılar baş verirdi, üstəlik Azərbaycanın özü erməni təcavüzünə məruz qalmışdı, soyqırımlar bu dövrdə baş vermişdi. Cümhuriyyəti elan edənlər həqiqətən belə taleyüklü bir məqamda tarixi addım atdılar. Bu addımın çətinliyini dərk etmək üçün bircə fakt göstərmək kifayətdir: cümhuriyyət başqa bir ölkənin ərazisində, Tiflisdə bəyan olunmuşdu. Bakı düşmən Bakı Sovetinin əlində olduğundan, Gəncə müvəqqəti paytaxt elan İqtisadi məsələ təbii ki, dövlət yarandığı gündən onun mövcudluğunun, fəaliyyətinin özəyi, fundamentidir. Bu baxımdan iqtisadiyyatı düzgün istiqamətdə inkişaf etdirmək lazım idi. Cümhuriyyətin yarandığı dövrdə, 1918-ci ilin mayı-iyununda vəziyyət elə idi ki, iqtisadiyyat dağılmışdı. Bir mühüm məsələni də son vaxtlar bəzi alimlərimiz danır, ondan yan keçir, amma bu faktdır ki, həmin dövrdə çox dərin sosial münaqişələr cərəyan edirdi. İnqilabi vəziyyət, oktyabr çevrilişi, sosialist hərəkatı boş yerdən yaranmamışdı. Həqiqətən də fəhlələrlə sahibkarlar arasında ciddi bir münaqişə mövcud idi. Cümhuriyyət xadimləri dövləti elan etdikdən, hökuməti yaratdıqdan sonra ümdə məsələlərdən biri də mövcud olan bu problemlərin həll olunması idi. Sosial-iqtisadi kontekstdən yanaşsaq, fəhlə məsələsi, torpaq məsələsinin həlli, ticarəti inkişaf etdirmək sahələrində qanunverici bazanın yaradılması və icrası vəzifəsi hökumət qarşısında dururdu. Ümumiyyətlə, ilk gündən cümhuriyyətin iqtisadi kursu bir dilemma qarşısında idi: hansı kurs seçilməlidir – liberal siyasət, yoxsa sosial yönümlü siyasət? Bu məsələ ətrafında həm mətbuatda, həm də hökumət dairələrində çox geniş mübahisələr gedirdi. Həmin məsələnin hökumətin konkret siyasi fəaliyyətində əks olunması isə ilk növbədə onun partiya simasından, siyasi mənsubiyyətindən asılı idi.
– Məlumdur ki, Cümhuriyyət dövründə beş hökumət fəaliyyət göstərib. Bu hökumətlərin iqtisadi siyasətini necə xarakterizə etmək olardı?
– Birinci hökumət iyun böhranı ilə bağlı tez dağıldı, demək olar ki, fəaliyyət göstərmədi. Fətəli Xan Xoyskinin başçılıq etdiyi ikinci hökumət sırf sağçı hökumət Yəni daha çox sahibkarların, iri kapitalın mövqeyini, onların mənafeyini güdürdü. Hökumətin strukturunda Əmək Nazirliyinin olmaması, Zaqafqaziya Seymi tərəfindən sosialist xarakteri daşıyan aqrar qanunun qüvvədə qalmasının Azərbaycan ərazisində qadağan edilməsi, Bakı Soveti tərəfindən neft sanayesinin milliləşdirilməsinin ləğvi də bunu sübut edir. 1918-ci ilin dekabrında parlamentin fəaliyyətə başlamasından sonra yaradılmış və Fətəli Xan Xoyskinin başçılıq etdiyi üçüncü hökumət isə sol mərkəzçi mövqedə dururdu. Təsadüfi deyil ki, bu hökumətin tərkibindəki ən görkəmli simalardan biri əmək naziri Aslan bəy Səfikürdski idi. Bu sol-mərkəzçi koalisiya 1919-cu ilin sonlarına qədər fəaliyyət göstərdi. Yəni 1919-cu ilin aprelində işə başlayan Nəsib bəy Yusifbəylinin başçılıq etdiyi dördüncü hökumət də mahiyyət baxımından sol-mərkəzçi koalisiya idi. 1919-cu ilin sonlarında isə Nəsib bəy Yusifbəylinin sədrliyi ilə artıq geniş koalisiya yaradıldı. Demək istəyirəm ki, nazirlərin partiya mənsubiyyətindən asılı olaraq hökumətin iqtisadi kursu da müəyyən dəyişikliklərə məruz qalırdı. Əlbəttə, hökumət sağçı və ya sol yönümlü ola bilər, yaxud mərkəzçi mövqedə dayanar, amma 23 ay ərzində fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyətinin iqtisadi kirsunu səciyyələndirən əsas cəhət ondan ibarət idi ki, hökumət kabinetləri iqtisadiyyat üzərində dövlət nəzarətinin tətbiq edilməsinin tərəfdarı idi. Bizim indi düşündüyümüz liberal siyasət fikirlərindən uzaq idi, etatist bir mövqedə dururdu. Ümumiyyətlə, Cümhuriyyətin qarşısında belə bir məsələ dururdu – etatist siyasət kapitalist dövlət inhisarı kontekstində qurulmalıdır, yoxsa sosialist nəzəriyyəsinin reallaşdırılması istiqamətində formalaşdırılmalıdır. Cümhuriyyət xadimləri etatist idilər. Və bu səbəbdən də onlarla iri sahibkarlar arasında qarşıdurma mövcud idi. Cümhuriyyətin faciəsi ondan ibarət idi ki, dövlət siyasəti həm solçu qüvvələr tərəfindən, həm də sahibkarlar, iri kapital tərəfindən qəbul edilmirdi. Cümhuriyyət hökuməti isə çalışırdı ki, hər iki tərəfin maraqlarını, həm solda, həm də sağ tərəfdə olanların maraqlarını ifadə etsin, birləşdirsin, barışdırsın.
– Hökumət neft faktorundan da istifadə edə
– Ümumiyyətlə, neft çox qəliz məsələdir.
– Bəlkə elə ona görə iri kapitalla hökumət arsında bir ziddiyyət var idi?
– O da var Amma nəzərə almaq lazımdır ki, əvvəl neft məsələsi demək olar ki, türklərin nəzarəti altında idi, sonradan isə ingilislərin nəzarəti altında oldu. 1919-cu ilin avqustunda ingilis qoşunları artıq buradan çıxdı. Yalnız bundan sonra Cümhuriyyət müstəqil olaraq bu siyasəti apara bilərdi və təbii ki, aparmağa çalışırdı. Ancaq məlum hadisələr, artıq 1920-ci ilin əvvəllərindən şimal təhlükəsi üzündən ağır vəziyyət yaranmışdı. İndi bəzən deyirlər ki, Cümhuriyyət tutaq ki, aqrar məsələni həll və başqa məsələləri həll etmədi. Amma cəmi 23 ay ərzində bütün bu məsələləri həll etmək mümkün deyildi. Buna baxmayaraq, belə bir qısa dövr ərzində həqiqətən tarixi nailiyyətlər əldə olunmuşdu. Müstəqil maliyyə sisteminin formalaşdırılması, dövlət bankının yaradılması, dövlət quruculuğunun özü, həmin bu nazirliklərin yaradılması, görkəmli siyasi xadimlərin bu istiqamətdə konkret addımları, sosial sahədə, ticarət sahəsində həyata keçirilən tədbirlər – bütün bunlar mühüm nailiyyətlər idi.
– Yeni pul nə vaxt tədavülə buraxıldı?
– Aydın məsələdir ki, Cümhuriyyətin ərazisində bir neçə valyuta, pul mübadilədə Hətta çar dövründən qalan pullar, müvəqqəti hökumətin buraxdığı pullar, Zaqafqaziya Seyminin bonları, hətta Bakı Soveti dövründə Bakı şəhər özünüidarə orqanı tərəfindən buraxılan pullar – bonlar tədavüldə idi. Sonra isə əsas valyuta Cümhuriyyət tərəfindən buraxılan Bakı bonları oldu. Milli valyutanın tədavülə buraxılması planlaşdırılırdı. Artıq 1919-cu ilin sonlarından adını belə qoymuşdular -Azərbaycanın dövlət pul nişanları. Amma faktiki olaraq bunlar həmin o Bakı bonları idi. 1920-ci ilin aprelində maliyyə naziri Rəşid bəy Qaplanov qərar qəbul etdi ki, neftin alqı-satışı yalnız Azərbaycan pulları ilə aparılsın və Zaqafqaziya bonlarından tam şəkildə imtina olunsun. Lakin XI Qızıl Ordunun işğalı nəticəsində bu məsələni, eləcə də iqtisadi siyasətlə bağlı bir çox başqa məsələləri reallaşdırmaq mümkün olmadı.
– Natiq müəllim, hökumət kabinetində tez-tez böhranların baş verməsi iqtisadi səbəblərdən irəli gəlirdi, yoxsa siyasi səbəblərdən?
– Həm iqtisadi, həmdə siyasi səbəblərdən. Amma elə böhranlar var idi ki, daha çox iqtisadi məsələlərin təsiri ilə baş verirdi. 1919-cu ilin fevral böhranı bunlardandır. “İttihad” partiyası parlamentdə qəti şəkildə məsələni elə qoymuşdu ki, hökumət xalqa qarşı iqtisadi siyasət yürüdür, sahibkarları müdafiə Fətəli Xan Xoyski maraqları birləşdirməyin, barışıq yolunun mümkünsüzlüyünü gördüyündən, 1919-cu ilin fevralında istefa vermişdi. Konkret həmin böhran ilk növbədə iqtisadi vəziyyətlə, sosial münaqişənin artması ilə bağlı idi.
– “Müsavat” partiyasının özünün iqtisadi proqramı var idimi?
– Əlbəttə var idi və mən deyərdim ki, bu proqram daha çox sosialist yönümlü bir proqram Heç də təsadüfü deyil ki, 1917-ci ildə “Müsavat” partiyası sosialist partiyaları ilə çox fəal şəkildə əməkdaşlıq edirdi. Çünki“Müsavat” partiyası da sosialist partiyaları kimi tələb edirdi ki, səkkiz saatlıq iş günü tətbiq olunsun, istehsalatda fəhlə nəzarəti tətbiq edilsin, torpaqlar kəndlilərə paylanılsın. Amma “Müsavat”ın içində bir neçə qanad var idi: sağçı, mərkəzçi və solçu qanad. Aqrar məsələ nəyə görə həll olunmadı? Ona görə ki, sahibkarlar və onların maraqlarını ifadə edən siyasi qüvvələr tələb edirdilər ki, bu torpaqların bir qismi elə sahibkarların əlində qalsın və ya onların əllərindən alınması müqabilində sahibkarlara kompensasiya ödənilsin. Halbuki, başqa layihələr də var idi. Məsələn, sosialist Səməd bəy Ağamalının başçılıq etdiyi parlament komissiyasının layihəsi, 1919-cu ilin ikinci yarısında əkinçilik naziri, “Əhrar” partiyasının nümayəndəsi Aslan bəy Qardaşovun hazırladığı aqrar layihə nəzərdə tuturdu ki, dövlət torpaq fondu yaradılsın və bütün torpaq onun nəzarəti altında olsun. Başqa sözlə desək, bütün torpaqlar dövlətin ixtiyarına keçsin. Mübahisə doğuran əsas məsələ ondan ibarət idi ki, sahibkarların əlindən torpaq alınandan sonra onlara pul, kompensasiya ödənilsin, ya yox. Bu problemin aradan qaldırılmaması, onunla bağlı çox kəskin, qızğın siyasi mübahisələr nəticəsində aqrar məsələnin həllini reallaşdırmaq mümkün olmadı.
– Ümumiyyətlə, neçə partiya təmsil olunmuşdu parlamentdə?
– Əslində nəzərə alınmışdı ki, parlament 120 nəfərdən ibarət Amma de-fakto parlamentin iclaslarında 120 nəfərin hamısı müntəzəm olaraq iştirak etmirdi. Hətta parlament yaradılandan sonra 1919-cu ilin əvvəllərində 79 nəfər iştirak edirdi. Parlamentdə “Müsavat”partiyası, onlarla müttəfiq olan bitərəf demokratlar qrupu, sağçı mövqedən çıxış edən, daha çox klerikal əhval-ruhiyyəli insanların, qrupların maraqlarını ifadə etməyə çalışan “İttihad” partiyası təmsil olunmuşdu. Bunlardan əlavə, Sosialist Bloku çox güclü bir qüvvə idi. Bu bloka Sosial-Demokrat və “Hümmət”partiyalarının üzvləri daxil idi. 1919-cu ildə “Əhrar”partiyası ölkənin partiya sisteminə qoşuldu. “Əhrar”partiyası öz proqramına görə daha çox “Müsavat”partiyasına yaxın idi. Əhrarçılar sosializmin və liberalizmin ideyalarını öz proqramında birləşdirməyə çalışırdılar. Milli azlıqlar Slavyan-Rus İttifaqı, Milli azlıqlar, Erməni və “Daşnaksütyun” fraksiyalarında cəmləşmişdilər. Çox paradoksal bir məsələ ondan ibarətdir ki, Cümhuriyyətin bu siyasi partiyalar məkanında, partiya sistemində həm sistemli siyasi qüvvələr, həm də qeyri-sistemli, yəni Cümhuriyyətin mövcudluğunu, müstəqilliyini tanımayan siyasi qüvvələr fəaliyyət göstərirdi.Tutaq ki, ümumrusiya siyasi partiyalarının Azərbaycan şöbələri, məsələn, sosial-inqilabçılar -eserler və ya parlamentdə təmsil olunan vahid, bölünməz Rusiya ideyasını ifadə edən Slavyan-Rus Cəmiyyəti. Yəni bu qeyri-sistemli qüvvələr yalnız bolşeviklərdən ibarət deyildi. Hər halda Azərbaycan Cümhuriyyəti o qədər demokratik dövlət idi ki, hətta onu tanımayan siyasi qüvvələrin də dövlətin fəaliyyətində iştirakını təmin etməyə çalışırdı.
Gündüz Nəsibov, 1905.az