
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında keçirilən “Qlobal informasiya mühiti və media trendləri” konfransı – “MEDİAFEST-2025”də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin, Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun, Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin media ilə iş sektorunun müdiri Kamran Həsənovun və Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcidin çıxışları dinlənilib.
Tədbirdə, həmçinin Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Fahrettin Altunun, Anadolu Agentliyinin baş direktoru Serdar Karagözün, Avropa Xəbər Agentliyinin İtaliyadan olan nümayəndəsi Carlo Marinonun, Qazaxıstan televiziyasının Xəbərlər departamentinin direktoru Beynequl Abauovanın və Özbəkistan Gənc Jurnalistlər Birliyinin sədri Şöhrət Arifin videotəbrikləri nümayiş olunub.
“MEDİAFEST-2025” çıxışlarla davam edib.
10:14
Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında “Qlobal informasiya mühiti və media trendləri” konfransı – “MEDİAFEST-2025” keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarətlə başlayıb. Ulu Öndərin xatirəsi ehtiramla yad edilib, abidə önünə gül dəstələri qoyulub.
“MEDİAFEST-2025” Prezident İlham Əliyevin “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı çərçivəsində təşkil olunur.
Qeyd edək ki, tədbir Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin təşəbbüsü, Medianın İnkişafı Agentliyi, Mətbuat Şurası və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin orqanı olan “Şərq qapısı” qəzetinin birgə təşkilatçılığı ilə keçirilir.