
Qarabağ Zəfəri çərçivəsində Azərbaycanı dəstəklədiyimiz üçün Türkiyəyə qarşı ədalətsizliklər olub. Müdafiə sənayesi sahəsində istehsalata və ixracata qarşı tətbiq olunun sanksiyalar aradan qaldırılmalıdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “NTV” telekanalının yayımladığı xüsusi buraxılışda canlı yayımda ifadə edib.
Hazırda Ermənistanla aparılan normallaşma prosesinə dair vəziyyət barədə ətraflı məlumat verən nazir Mövlud Çavuşoğlu Azərbaycan və Türkiyənin qarşılıqlı məsləhətləşmə çərçivəsində addımlar atdığını vurğulayıb. O, bu istiqamətdə əhəmiyyətli işlər görüldüyünü diqqətə çatdıraraq deyib ki, erməni diasporu Ermənistanla normallaşmanı dəstəkləmir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
















Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər VIDEO
Prezident İlham Əliyev Ağdamın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib VİDEO
Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədrini qəbul edib VİDEO









